Əfqan məmurların "Taliban" liderinin icazəsi olmadan xaricə getmələri qadağan edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:57 BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik  |     22:48 Əfqan məmurların "Taliban" liderinin icazəsi olmadan xaricə getmələri qadağan edildi  |     22:39 SOS: Bakıda şagirdlərə müəmmalı KAĞIZ PAYLANILIR: Üzərində İNTİHARA SÜRÜKLƏYƏN oyunun adı yazılıb  |     22:28 Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA  |     22:15 Yunanıstanda həbs edilən azərbaycanlı gənc DANIŞDI  |     22:02 Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb  |     21:45 Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi  |     21:33 Tehran və İrəvan strateji tərəfdaşlıq sənədi üzərində işləyirlər  |     21:14 Sumqayıtda avtomobil 56 yaşlı piyadanı vuraraq öldürüb  |     21:04 Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir  |     21:03 "İpək yolu" gömrük postunda saxta aksiz markası və nişanlar AŞKAR EDİLDİ  |     20:20 Orta aylıq əməkhaqqı 1000 manatdan çoxdur  |     20:12 Ərdoğan Azərbaycan səfirinə mükafat verib  |     20:05 Azərbaycan hərbçiləri "Qış təlimi - 2025" çərçivəsində bir çox silah və texnikadan ilk dəfə istifadə ediblər  |     19:59 ING Azərbaycanda inflyasiya proqnozunu yeniləyib  |     19:51 Qazaxıstanlı politoloq: AZAL təyyarəsinin qəzasının səbəbi aidiyyəti xidmətlərin cinayətkar səhlənkarlığıdır  |     19:47 Bakıda piyada zonalarının sayı artırılacaq  |     19:38 “Mançester Yunayted”in zədələnən futbolçusu mövsümün qalan hissəsini buraxa bilər  |     19:31 Britaniya XİN Rusiya diplomatının akkreditasiyasını ləğv edib  |     19:27 Azərbaycanda orta aylıq əməkhaqqı 8 % artıb  |    

Əfqan məmurların "Taliban" liderinin icazəsi olmadan xaricə getmələri qadağan edildi

Əfqanıstanda "Taliban" hərəkatının ali lideri Heybətulla Axundzadə məmurlara onun şəxsi icazəsi olmadan ölkədən kənara çıxmağı qadağan edib.

Bu barədə "Etilaatroz" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Xəbərə görə, "Taliban" liderinin sərəncamı ilə əlaqədar olaraq ona birbaşa tabe olan xüsusi bölmədən azı min döyüşçü Kabil aeroportu da daxil olmaqla ölkənin hava limanlarında yerləşdirilib.

Onların əsas vəzifəsi əfqan məmurlarının liderin şəxsi icazəsi olmadan xaricə getmələrinin qarşısını almaqdır.

Qeyd olunur ki, bundan sonra "Taliban" hökuməti üzvlərinin xarici səfərləri zamanı əcnəbi nümayəndələrlə bütün danışıqlar və görüşlər hərəkatın ali liderinin etimad göstərdiyi şəxsin iştirakı ilə keçirilməlidir.

Mənbənin birinin əlavə etdiyinə görə, Axundzadənin ən sadiq məmurlarından biri olan DİN başçısının müavini Sədr İbrahimə tabe olan qüvvələr paytaxtda vəziyyətə nəzarət etmək üçün əlavə postlar qurublar.

Ehtimal olunur ki, "Taliban" liderinin bu qərarı qızlar və qadınlar üçün təhsil qadağasının ləğvi uğrunda mübarizə aparan XİN rəhbərinin müavini Məhəmməd Abbas Stanekzayın xaricə qaçması ilə əlaqədardır.

Əfqan KİV-nin məlumatına görə, "Taliban" daxilində hərəkatın ali lideri Heybətulla Axundzadənin tərəfdarları ilə daxili işlər naziri Siracəddin Həqqaninin qruplaşması arasında gərginlik artır. Bildirilir ki, ölkədə canlı varlıqların foto və video çəkilişinə sərt məhdudiyyətlər qoyulduqdan sonra gərginlik yeni mərhələyə qədəm qoyub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            117 06.02.25 22:48