BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:57 BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik  |     22:48 Əfqan məmurların "Taliban" liderinin icazəsi olmadan xaricə getmələri qadağan edildi  |     22:39 SOS: Bakıda şagirdlərə müəmmalı KAĞIZ PAYLANILIR: Üzərində İNTİHARA SÜRÜKLƏYƏN oyunun adı yazılıb  |     22:28 Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA  |     22:15 Yunanıstanda həbs edilən azərbaycanlı gənc DANIŞDI  |     22:02 Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb  |     21:45 Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi  |     21:33 Tehran və İrəvan strateji tərəfdaşlıq sənədi üzərində işləyirlər  |     21:14 Sumqayıtda avtomobil 56 yaşlı piyadanı vuraraq öldürüb  |     21:04 Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir  |     21:03 "İpək yolu" gömrük postunda saxta aksiz markası və nişanlar AŞKAR EDİLDİ  |     20:20 Orta aylıq əməkhaqqı 1000 manatdan çoxdur  |     20:12 Ərdoğan Azərbaycan səfirinə mükafat verib  |     20:05 Azərbaycan hərbçiləri "Qış təlimi - 2025" çərçivəsində bir çox silah və texnikadan ilk dəfə istifadə ediblər  |     19:59 ING Azərbaycanda inflyasiya proqnozunu yeniləyib  |     19:51 Qazaxıstanlı politoloq: AZAL təyyarəsinin qəzasının səbəbi aidiyyəti xidmətlərin cinayətkar səhlənkarlığıdır  |     19:47 Bakıda piyada zonalarının sayı artırılacaq  |     19:38 “Mançester Yunayted”in zədələnən futbolçusu mövsümün qalan hissəsini buraxa bilər  |     19:31 Britaniya XİN Rusiya diplomatının akkreditasiyasını ləğv edib  |     19:27 Azərbaycanda orta aylıq əməkhaqqı 8 % artıb  |    

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

BMT ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bağlanması ilə bağlı qərarına münasibət bildirib.

“Report”un ABŞ bürosu xəbər verir ki, BMT Baş katibinin sözçüsünün müavini Farhan Haq təmsil etdiyi qurumun ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiq olduğunu qeyd edib.

Sözçü bildirib ki, BMT ABŞ hökumətinin xarici yardımların maliyyələşdirilməsini dayandırmaq qərarından xəbərdardır: “Biz üzv dövlətlərimizdə bütün qanuni göstərişlərə əməl edirik. USAID təşkilata üzv dövlətlərin müxtəlif hökumətləri ilə uzunmüddətli əməkdaşlıq tarixinə malikdir”.

Qeyd edək ki, USAID-in rəsmi səhifəsi hazırda fəaliyyət göstərmir. Tramp administrasiyası USAID-in müstəqil statusunun ləğv edilməsi və onun Dövlət Departamentinin strukturuna inteqrasiyasının mümkünlüyünü nəzərdən keçirir. ABŞ-nin Dövlət katibi Marko Rubio USAID-in direktor vəzifəsinin müvəqqəti icraçısı təyin edilib.

USAID-in rəhbəri Samanta Pauer "X"də Ermənistana dəstək mesajları ilə tanınır. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, rəsmi Bakı USAID-in fəaliyyəti üçün hüquqi əsas olmadığı və işini dayandırması barədə ABŞ-yə bildiriş göndərib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            111 06.02.25 22:57