Bakı Baş Gömrük İdarəsinin "İpək yolu" gömrük postunda Türkiyədən idxal olunan yüklərə gömrük yoxlaması tətbiq edilib.
Bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.
Qeyd olunub ki, yoxlama zamanı alkoqollu içkilərə aid olan və gömrük orqanına bəyan edilməyən 1 litrlik içki üçün 30 000 ədəd, 0.75 litrlik üçün 125 000 ədəd, 0.5 litrlik üçün 55 000 ədəd, 0.25 litrlik üçün 290 000 ədəd olmaqla, cəmi 500 000 ədəd saxta aksiz markası və 49 900 ədəd nişan (QR kodlar) aşkar olunaraq götürülüb.