Azərbaycan bu il elektrik mühərrikli avtobusların istehsalına başlayacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:15 Yunanıstanda həbs edilən azərbaycanlı gənc DANIŞDI  |     22:02 Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb  |     21:45 Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi  |     21:33 Tehran və İrəvan strateji tərəfdaşlıq sənədi üzərində işləyirlər  |     21:14 Sumqayıtda avtomobil 56 yaşlı piyadanı vuraraq öldürüb  |     21:04 Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir  |     21:03 "İpək yolu" gömrük postunda saxta aksiz markası və nişanlar AŞKAR EDİLDİ  |     20:20 Orta aylıq əməkhaqqı 1000 manatdan çoxdur  |     20:12 Ərdoğan Azərbaycan səfirinə mükafat verib  |     20:05 Azərbaycan hərbçiləri "Qış təlimi - 2025" çərçivəsində bir çox silah və texnikadan ilk dəfə istifadə ediblər  |     19:59 ING Azərbaycanda inflyasiya proqnozunu yeniləyib  |     19:51 Qazaxıstanlı politoloq: AZAL təyyarəsinin qəzasının səbəbi aidiyyəti xidmətlərin cinayətkar səhlənkarlığıdır  |     19:47 Bakıda piyada zonalarının sayı artırılacaq  |     19:38 “Mançester Yunayted”in zədələnən futbolçusu mövsümün qalan hissəsini buraxa bilər  |     19:31 Britaniya XİN Rusiya diplomatının akkreditasiyasını ləğv edib  |     19:27 Azərbaycanda orta aylıq əməkhaqqı 8 % artıb  |     19:21 Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb  |     19:16 Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil  |     19:09 Suriya lideri yaxın vaxtlarda hökumətdə dəyişikliklər edəcək  |     19:05 UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarında əlavə vaxt ləğv oluna bilər  |    

Azərbaycan bu il elektrik mühərrikli avtobusların istehsalına başlayacaq

Bu il Çinin BYD şirkətinin Azərbaycanda elektrik mühərrikli avtobusların istehsalı müəssisəsinin fəaliyyətə başlaması planlaşdırılır.

Bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov keçirdiyi mətbuat konfrasında bildirib.

Onun sözlərinə görə, artıq istehsal üçün lazımı infrastruktur qurulub, yaxın günlərdə isə istehsal xəttinin quraşdırılması istiqamətində işlərə başlanması nəzərdə tutulur. Layihənin dəyəri 29 milyon manatdan çoxdur.

Ötən il ölkədə avtobus parkının yerli istehsal hesabına təmin edilməsi məqsədilə BYD ilə Çərçivə sazişi imzalanıb. Saziş çərçivəsində Çin şirkəti ölkəmizdə əlavə dəyər zəncirinin inkişaf etdirilməsi məqsədilə yeni istehsal sahələrinə investisiya qoymağı nəzərdə tutur. Belə ki, şirkətlə 2026-cı ildən aşağıtonnajlı yük elektrik avtomobillərinin, kommunal təsərrüfat üçün elektrik mühərrikli avtonəqliyyat vasitələrinin, elektrik mühərrikli minik avtomobilinin istehsalı və 2028-ci ildən isə elektrik enerjisinin saxlanması üçün batareyaların yığımı kimi sahələrdə əməkdaşlıq planlaşdırılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            120 06.02.25 18:30