Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: Torpaq qalmaqalına yenidən baxılacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bu məktəbdə yoxlamalar BAŞLADI  |     22:55 Laçında aşan yük avtomobilinin görüntüsü - VİDEO  |     22:49 Hansı avtomobillər keyfiyyətsizdir?  |     22:41 “M23” üsyançıları Konqonun şərqində irəliləyir  |     22:34 Azərbaycanın nar ixracından gəliri niyə azalıb?  |     22:28 Rusiyada dayanacaqda 30-dan çox avtomobil yandı  |     22:21 Ağdərədə ermənilərə məxsus silahlar aşkarlandı  |     22:16 Daha bir ölkə ÜST-dən çıxır  |     22:07 Bakı metrosunda qatarın tavanından salona su axdı - Araşdırma aparıldı  |     21:59 "Medera Hospital"ın rəhbərinə 25 minlik cərimə edildi - Rəhbəri narazı qaldı  |     21:46 Bakıda daha 2 marşrut xətti müsabiqəyə çıxarılır  |     21:40 ABŞ Nümayəndələr Palatası Trampa impiçment elan etmək istəyir  |     21:15 "An-2" sanitar təyyarəsi Qazaxıstanda sərt eniş edib  |     21:14 Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: Torpaq qalmaqalına yenidən baxılacaq  |     21:10 Məşhur cərrah Dilqəm Məhərrəmov və həyat yoldaşı lisenziyasız qaldılar  |     21:05 DSMF sədri: "Minimum əməkhaqqının artırılması 700 min nəfəri əhatə edəcək"  |     21:04 Azərbaycan Kuboku: "Sabah" - "Sumqayıt" oyununda hesab açılmayıb  |     21:02 Ağcabədidə keçmiş məhkum özünü asdı  |     20:57 AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatın TƏHLİLİ (VİDEO)  |     20:31 Turabi barəsində həbs qərarı çıxdı  |    

Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: Torpaq qalmaqalına yenidən baxılacaq

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı olmuş Abel Məhərrəmovun adının hallandığı torpaq qalmaqalı ilə bağlı Ali Məhkəmənin qərarı məlum olub.

Median.Az
"Qaynarinfo"ya istinadən məlumat verir ki, Ali Məhkəmə işin yenidən apellyasiya instansiyasında araşdırılması ilə bağlı qərar qəbul edib. Abel Məhərrəmovu məhkəməyə verən Qarabağ qazisi, ehtiyatda olan polkovnik-leytenant Nazim Əmirovun vəkili Anar Qasımlı xəbəri təsdiqləyib.

Vəkil bildirib ki, birinci və apellyasiya instansiyaları işə ədalətli yanaşmamışdı. Bu baxımdan, Ali Məhkəmənin qərarı təqdirəlayiqdir:

"Kassasiya şikayətində apellyasiya instansiyasının qərarının ləğv edilərək, Nazim Əmirovun xeyrinə qərar qəbul edilməsi istənilirdi. Lakin Ali Məhkəmə şikayəti qismən təmin edərək, işi təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar çıxardı. Bu halda belə, qərarı müəyyən mənada ədalətli hesab etmək mümkündür. Ümid edirəm ki, apellyasiya instansiyasında təkrar baxış zamanı da ədalətli qərar çıxarılacaq".

İşin detallarına gəlincə, iddiaya görə, Abel Məhərrəmov Altıağaca qəsəbəsində Nazim Əmirova məxsus torpaq sahəsini zəbt edərək, xanımı Rəhimə Mahmudovanın adına rəsmiləşdirib. Keçmiş rektor həmin ərazidə özünə dəbdəbəli villa tikib. Nazim Əmirov bundan xəbər tutduqda məhkəməyə üz tutub.

Xızı Rayon Məhkəməsi polkovnik-leytenantın iddiasını təmin etməyib. O, apellyasiya şikayəti verib. Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb və təmin edilməyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            222 05.02.25 21:14