"An-2" sanitar təyyarəsi Qazaxıstanda sərt eniş edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bu məktəbdə yoxlamalar BAŞLADI  |     22:55 Laçında aşan yük avtomobilinin görüntüsü - VİDEO  |     22:49 Hansı avtomobillər keyfiyyətsizdir?  |     22:41 “M23” üsyançıları Konqonun şərqində irəliləyir  |     22:34 Azərbaycanın nar ixracından gəliri niyə azalıb?  |     22:28 Rusiyada dayanacaqda 30-dan çox avtomobil yandı  |     22:21 Ağdərədə ermənilərə məxsus silahlar aşkarlandı  |     22:16 Daha bir ölkə ÜST-dən çıxır  |     22:07 Bakı metrosunda qatarın tavanından salona su axdı - Araşdırma aparıldı  |     21:59 "Medera Hospital"ın rəhbərinə 25 minlik cərimə edildi - Rəhbəri narazı qaldı  |     21:46 Bakıda daha 2 marşrut xətti müsabiqəyə çıxarılır  |     21:40 ABŞ Nümayəndələr Palatası Trampa impiçment elan etmək istəyir  |     21:15 "An-2" sanitar təyyarəsi Qazaxıstanda sərt eniş edib  |     21:14 Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: Torpaq qalmaqalına yenidən baxılacaq  |     21:10 Məşhur cərrah Dilqəm Məhərrəmov və həyat yoldaşı lisenziyasız qaldılar  |     21:05 DSMF sədri: "Minimum əməkhaqqının artırılması 700 min nəfəri əhatə edəcək"  |     21:04 Azərbaycan Kuboku: "Sabah" - "Sumqayıt" oyununda hesab açılmayıb  |     21:02 Ağcabədidə keçmiş məhkum özünü asdı  |     20:57 AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatın TƏHLİLİ (VİDEO)  |     20:31 Turabi barəsində həbs qərarı çıxdı  |    

"An-2" sanitar təyyarəsi Qazaxıstanda sərt eniş edib

Qazaxıstanın Arkalık şəhəri yaxınlığında qar fırtınası şəraitində "An-2" sanitar təyyarəsi sərt eniş edib.

Median.Az
"Tengrinews"a istinadən xəbər verir ki, bu barədə Kostanay vilayətinin Fövqəladə Hallar Departamenti məlumat yayıb.

"Bu gün Kostanay-Arkalık reysi ilə uçan "An-2" tibbi təyyarəsi güclü qar fırtınası şəraitində Arkalık şəhərindən 1,5 km məsafədə, hava limanı yaxınlığında sərt eniş edib", - məlumatda qeyd olunub.

Təyyarədə iki pilot və iki həkim olub.

"Xilasedicilərin əlaqələndirilmiş və operativ fəaliyyəti sayəsində təyyarədə olan bütün şəxslər tez bir zamanda aşkar edilərək Arkalık şəhərinə çatdırılıb. Xəsarət alan yoxdur. Hadisənin təfərrüatları araşdırılır", - qurumdan bildirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            141 05.02.25 21:15