Yunanıstan parlamenti ölkə prezidentini yenə seçə bilməyib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:28 Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA  |     22:15 Yunanıstanda həbs edilən azərbaycanlı gənc DANIŞDI  |     22:02 Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb  |     21:45 Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi  |     21:33 Tehran və İrəvan strateji tərəfdaşlıq sənədi üzərində işləyirlər  |     21:14 Sumqayıtda avtomobil 56 yaşlı piyadanı vuraraq öldürüb  |     21:04 Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir  |     21:03 "İpək yolu" gömrük postunda saxta aksiz markası və nişanlar AŞKAR EDİLDİ  |     20:20 Orta aylıq əməkhaqqı 1000 manatdan çoxdur  |     20:12 Ərdoğan Azərbaycan səfirinə mükafat verib  |     20:05 Azərbaycan hərbçiləri "Qış təlimi - 2025" çərçivəsində bir çox silah və texnikadan ilk dəfə istifadə ediblər  |     19:59 ING Azərbaycanda inflyasiya proqnozunu yeniləyib  |     19:51 Qazaxıstanlı politoloq: AZAL təyyarəsinin qəzasının səbəbi aidiyyəti xidmətlərin cinayətkar səhlənkarlığıdır  |     19:47 Bakıda piyada zonalarının sayı artırılacaq  |     19:38 “Mançester Yunayted”in zədələnən futbolçusu mövsümün qalan hissəsini buraxa bilər  |     19:31 Britaniya XİN Rusiya diplomatının akkreditasiyasını ləğv edib  |     19:27 Azərbaycanda orta aylıq əməkhaqqı 8 % artıb  |     19:21 Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb  |     19:16 Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil  |     19:09 Suriya lideri yaxın vaxtlarda hökumətdə dəyişikliklər edəcək  |    

Yunanıstan parlamenti ölkə prezidentini yenə seçə bilməyib

Yunanıstan parlamenti səsvermənin üçüncü turunda da ölkə prezidentini seçə bilməyib, namizədlərdən heç biri deputatların ümumi səsinin zəruru olan 3/5 hissəsini (300-dən 180-ni) toplaya bilməyib, dördüncü tur fevralın 12-də keçiriləcək.

Bu barədə parlament sədri Nikitas Kaklamanis məlumat verib.

"Heç bir namizəd seçilmək üçün tələb olunan səsi toplaya bilməyib. Respublika prezidentinin seçilməsi üzrə növbəti səsvermə beş gündən sonra, yəni fevralın 12-si saat 10:00-da keçiriləcək", - o bildirib.

Baş nazir Kiriakos Mitsotakis tərəfindən dövlət başçısı vəzifəsinə irəli sürülən parlamentin keçmiş spikeri, hakim "Yeni Demokratiya" Partiyasının üzvü Konstantinos Tasulas ilk iki turda olduğu kimi 160 səs, PASOK-dan olan namizəd Tasos Yannitsis 34 səs, SİRİZA-dan olan Luka Katseli 40 səs, "Niki" ("Qələbə") Partiyasından yazıçı Kostas Kiriaku isə 14 səs toplayıb. Namizədlər ilk iki turda da eyni sayda səs toplamışdılar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            117 06.02.25 18:36