"Diddi işi"ndə yeni dönüş: Reper hücuma keçir » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:42 Azərbaycanın yeni maliyyə naziri KİMDİR? - DOSYE  |     16:34 Marselo karyerasını başa vurdu  |     16:23 İlham Əliyev Sahil Babayevi vəzifəsindən azad etdi - YENİ TƏYİNAT  |     16:08 Əmək pensiyasının minimum məbləği 320 manat oldu - RƏSMİ  |     16:07 "Rossotrudniçestvo"nun rəhbəri Yevgeni Primakov Azərbaycandan nota aldığını təsdiqləyib (YENİLƏNİB)  |     15:46 Paşinyan: "Ermənistanın müstəqil dövlətçiliyi olmayıb"  |     15:40 Məhkəmə jurnalist Şahnaz Bəylərqızı ilə bağlı qərar verib  |     15:33 Biləsuvarda AĞIR QƏZA: Beş nəfər xəsarət alıb  |     15:26 Azərbaycanlı idmançı: "UFC şou-biznesdir"  |     15:06 Bakının mərkəzində İNTİHAR - Qazanxananın borusuna çıxıb özünü atdı  |     15:06 İki qurumdan plastik cərrahların lisenziyası ilə bağlı birgə MƏLUMAT  |     13:37 Keçmiş icra başçısı XİN-in verdiyi xidməti pasportu İTİRİB  |     13:34 Ruben Vardanyanın cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb (YENİLƏNİB)  |     13:05 Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs ifşa olundu  |     13:04 Bakıda gecə saatlarında AĞIR QƏZA - Xəsarət alanlar var  |     13:03 Əyyub Allaş rəsmən "Araz-Naxçıvan"da  |     13:02 Azərbaycan Kuboku: Dörddəbir final mərhələsinin ilk oyunlarına yekun vurulacaq  |     13:01 Qobustanda narkotik satışı ilə məşğul olan şəxslər ƏLƏ KEÇDİLƏR  |     13:00 Edamı Tehranla Berlin arasında siyasi qalmaqala səbəb olmuş şəxsin meyiti Almaniyaya təhvil verilib  |     12:59 Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi keçiriləcək  |    

"Diddi işi"ndə yeni dönüş: Reper hücuma keçir

ABŞ-də insan alveri və cinsi istismar ittihamı ilə təqsirləndirilən məşhur reper Diddi (əsl adı - Şon Kombs) əks-hücuma keçib - onu zorakılıqda ittiham edən qadınlara qarşı qarşılıqlı iddia qaldırıb.

Bu barədə "People" nəşri öz mənbələrinə istinadla xəbər yayıb.

Bildirilib ki, fevralın 4-də "Ceyn Dou" şərti adı altında iki qadın məhkəməyə iddia ərizəsi verib. Hər iki qadın 1990-cı illərdə hip-hop səhnəsində fəal olub və tez-tez reperlə qarşılaşıb.

Onlardan biri Diddinin bir neçə ştatda ona qarşı cinsi zorakılıq törətdiyini bildirib. Qadın Kombsun onu evindəki qonaqlığa xidmət göstərmək üçün işə götürdüyünü deyib. O iddia edib ki, ifaçı ona içki verib, bundan sonra o, huşunu itirib və təcavüzə məruz qalıb. Birinci Ceyn bu hadisənin kameraya çəkildiyini ehtimal edib.

İkinci Ceyn Dou da oxşar vəziyyətlərdən danışıb və qeyd edib ki, Diddi tərəfindən təcavüz halları bir neçə dəfə olub.

Kombsun vəkilləri qadınların ittihamlarını təkzib edərək, reperin heç vaxt cinsi zorakılıq törətmədiyini və insan alveri ilə məşğul olmadığını bildiriblər. Onlar qarşılıqlı iddialar qaldırıblar.

"Əvvəllər dediyimiz kimi, cənab Kombs gülünc və ya açıq-aşkar yalan olan iddialara cavab olaraq hər yeni fəndi cavablandıra bilməz. Cənab Kombs və onun hüquq komandası faktlara və məhkəmə prosesinin düzgünlüyünə tam əmindir", - deyə bəyanatda bildirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            156 06.02.25 11:47