Azərbaycanda qarlı, yağışlı hava nə vaxtadək davam edəcək? - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:28 Hikmət Hacıyev Pakistanın Azərbaycandakı səfirini qəbul edib  |     17:43 Bakıda 52 yaşlı kişi özünü binadan atdı  |     17:24 Azərbaycanda tanınmış futbol həkimi vəfat etdi  |     16:52 Azərbaycanda güclü qar yollarda təhlükəli vəziyyət yaratdı  |     16:31 Dmitri Peskov Bakıda "Rus evi"nin bağlanması ilə bağlı açıqlama verib  |     16:30 Azərbaycanda qarlı, yağışlı hava nə vaxtadək davam edəcək? - RƏSMİ  |     16:27 "İnstpower" piramidasının Azərbaycandakı rəhbərinə HÖKM OXUNDU  |     16:26 Prezident Samir Şərifova daha bir vəzifə verdi  |     16:25 Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri KİMDİR? - DOSYE  |     16:20 Vaşinqtonda aviaqəza: Helikopter pilotunun müəmmalı qərarı  |     16:19 Aktauda AZAL təyyarəsinin qəzasında həlak olanların xatirəsi anılıb  |     16:18 Yeni maliyyə naziri kollektivə təqdim edildi  |     16:16 Kürdəmir Rayon Prokurorluğunun yeni inzibati binası istifadəyə verilib  |     16:15 Daşkəsəndə bir yaşlı uşaq qızdırmadan ölüb  |     16:14 Cəbrayılda Birinci Qarabağ müharibəsinin şəhidi Müşfiq Quliyev dəfn edilib  |     16:13 Yevlaxda Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Məmmədov dəfn edilib - FOTO  |     16:12 Nyu-Yorkda Kriştianu Ronaldunun heykəli ucaldılıb  |     16:11 Şahdağ yolunda "Hummer" AŞDI  |     16:11 BDYPİ-dən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT  |     16:05 Azərbaycandan Ukraynaya göndərilən humanitar yardım və yenidənqurmaya dəstək 40 milyon dolları keçib  |    

Azərbaycanda qarlı, yağışlı hava nə vaxtadək davam edəcək? - RƏSMİ

Yaxın 3 gün ərzində ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti hökm sürəcək, dağlıq və dağətəyi ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

Nazirlik rəsmisi qeyri-sabit hava şəraiti ilə əlaqəli sinoptiklərin verdiyi xəbərdarlıqlara əməl edilməsi tövsiyəsi ilə bir daha vətəndaşlara müraciət edib:

"Hava haqqında Milli Hidrometeorologiya Xidmətinin əvvəlcədən açıqladığı məlumatlara, xüsusən xəbərdarlıqlarla bağlı çağırışlara diqqət yetirilməli və gündəlik fəaliyyətdə mütləq şəkildə nəzərə alınmalıdır. Vətəndaşlara qeyri-sabit və küləkli hava şəraitində ehtiyatlı olmağı, hündür ağacların altında dayanmamağı, nəqliyyat vasitələrini irigövdəli ağacların altında saxlamamağı, dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlaması səbəbindən sürücülərə hərəkət edərkən diqqətli və ehtiyatlı davranmalarını tövsiyə edirik. Hər birimizin ehtiyatsızlığı müəyyən hadisələrə səbəb ola bilər. Xoşagəlməz halların baş verməməsi üçün ardıcıl olaraq verilən hava xəbərdarlıqlarına, çağırışlara və tövsiyələrə əməl olunması vacibdir".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            174 07.02.25 16:30