Kreml Bakıda "Rus evi"nin bağlanmasını anlaşılmazlıq hesab edir və bu qərara görə təəssüf hissi keçirir.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
"Biz bu qərara görə təəssüflənirik. Hesab edirik ki, bu, bir anlaşılmazlıqdır və ikitərəfli təmaslar nəticəsində həll edilə bilər", – deyə Peskov vurğulayıb.
Məsələ ilə bağlı əlavə rəsmi açıqlama verilməyib.