Deputat: Dünyada hansı çirkin iş varsa, arxasından məhz USAİD çıxır » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:54 Üç uşağı olanlara ŞAD XƏBƏR  |     22:50 "Veteran pulu" bu tarixdə artırılacaq  |     22:43 İsrail fevralın 8-də azad ediləcək girovların siyahısını alıb  |     22:30 “Oranı görməmisənsə, sənə niyə diplom verək?”  |     22:21 Xırdalanda avtobus piyadanı vuraraq öldürüb  |     22:13 Neft Daşları-Dübəndi neft xəttində sızma baş verdi  |     22:03 Çayxorların NƏZƏRİNƏ: Ürək xəstəliyi riskini 8 faiz, infarktı isə 10 faiz...  |     21:59 Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib  |     21:25 Deputat: Dünyada hansı çirkin iş varsa, arxasından məhz USAİD çıxır  |     21:18 Şəkidə ikifərdi yaşayış evindəyanğın olub  |     21:07 Azərbaycanla Ermənistan arasında itkin düşmüş şəxslərlə bağlı fikir mübadiləsi aparılıb  |     20:53 Donald Tusk: Ölkədə qanun pozan əcnəbiləri deportasiya edəcəyik  |     20:44 Türkiyədə güclü zəlzələ oldu  |     20:28 Bakıda "Bolt" taksisi YANIR - VİDEO  |     20:17 Yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA  |     20:08 Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edildi  |     20:01 "Oleq Bakinski"nin ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin edilməyib  |     19:28 Hikmət Hacıyev Pakistanın Azərbaycandakı səfirini qəbul edib  |     17:43 Bakıda 52 yaşlı kişi özünü binadan atdı  |     17:24 Azərbaycanda tanınmış futbol həkimi vəfat etdi  |    

Deputat: Dünyada hansı çirkin iş varsa, arxasından məhz USAİD çıxır

Son günlər ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) barədə ortaya qoyulan faktlar dünyanın gündəmindən düşmür.

Bunu apa-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, dünyada hansı çirkin iş varsa, demək olar ki, onların hamısının arxasından məhz USAİD çıxır: “Əslində biz, yəni Azərbaycan dövləti bu təşkilatın heç də xoş əməllərlə məşğuı olmadığını dəfələrlə bəyan etmişik. Lakin təəssüflər olsun ki, bu vaxta qədər bizim haqq səsimizi eşidən olmayıb. ABŞ-da hakimiyyət dəyişikliyindən, yəni Donald Trampın ikinci dəfə prezident seçilməsindən sonra bir çox maraqlı məqamlara aydınlıq gətirilməkdədir. Bu sırada USAİD də var. Hər şey ondan başladı ki, ABŞ Hökumətinin Səmərəliliyinin Artırılması Departamentinin (DOGE) rəhbəri, amerikalı milyarder İlon Mask "X" sosial şəbəkəsindəki səhifəsində bu təhlükəli qurum barədə paylaşım etdi. Həmin paylaşımından İlon Mask bildirdi ki, USAID koronavirus da daxil olmaqla, bioloji silahların hazırlanmasına pul ayırıb. Bu, əslində ABŞ rəsmilərinin USAID-in cinayətkar təşkilat olduğunu etiraf etməsi idi. Yeri gəlmişkən, bu paylaşımdan öncə də İlon Mask USAİD-i kəskin tənqid edərək, agentliyi mövcud olmaması lazım olan cinayətkar təşkilat adlandırmış, həmçinin “Amerikaya nifrət edən radikal solçu marksistlərin yuvası” kimi təsvir etmişdi. Göründüyü kimi hər şey gün kimi aydındır”.

Vüqar İskəndərov əlavə edib ki, son bir neçə gün ərzində bu təşkilatın dünyanın müxtəlif yerlərdəki cinayətkar əməlləri barədə silsilə məlumatlar dərc edilir: “Lakin o məlumatlardan yalnız birinin üzərində dayanmaq istəyirəm. Belə ki, son məlumatlara görə, USAİD dünya üzrə 707 media, 6200 jurnalist və 279 jurnalistika sahəsində çalışan QHT maliyyələşdirib. Yəqin niyə məhz bu məqamın üzərində dayandığım sual oluna bilər. Məsələ burasındadır ki, Azərbaycanda 2012-ci ildə “Eurovision” Mahnı Müsabiqəsindən başlayaraq bu günə kimi, həmçinin müharibə vaxtı, Laçın yolunda ekoloqların aksiyaları, COP29 dövründə beynəlxalq mediada ölkəmizə qarşı çirkin kampaniya aparılıb. İndi isə həmin kampaniyanın arxasında kimin durduğunu söyləmək heç də çətin deyil. Necə deyərlər, İlon Maksın məlum paylaşımından sonra cərəyan edənlər bu sahədə də “xoruzun quyruğunun” görünməsinə səbəb olub. Aparılan araşdırmaların hələ hansı biabırçılıqları üzə çıxaracağını indidən demək çətin olsa da, Bayden Administrasiyası və Samanta Pauerin rəhbərlik etdiyi dövrün bu təşkilatın fəaliyyət tarixində ən biabırçı dövr olacağına şübhə yeri qalmır.”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            81 07.02.25 21:25