Polşa hökuməti ölkədə əcnəbilər tərəfindən getdikcə daha çox törədilən cinayətlərlə mübarizə proqramı hazırlayacaq.
Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə birgə mətbuat konfransında bildirib.
“Qərar qəbul etdim və daxili işlər və ədliyyə nazirlərindən əcnəbilər tərəfindən mütəşəkkil cinayətkarlığa dərhal reaksiya üçün çevik plan təqdim etmələrini istədim. Polşada olarkən qanunları ciddi şəkildə pozan hər kəs ölkədən deportasiya ediləcək”, - o deyib.
Donald Tuskun sözlərinə görə, son vaxtlar bu cür hallar çoxalıb və bu onu göstərir ki, belə şeylərə göz yumulsa, nəticələr ağır olacaq.
“Yaxın günlərdə Polşada cinayəti məhdudlaşdıran qətiyyətli addımlar atılacaq”, - o qeyd edib.