Çayxorların NƏZƏRİNƏ: Ürək xəstəliyi riskini 8 faiz, infarktı isə 10 faiz... » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:54 Üç uşağı olanlara ŞAD XƏBƏR  |     22:50 "Veteran pulu" bu tarixdə artırılacaq  |     22:43 İsrail fevralın 8-də azad ediləcək girovların siyahısını alıb  |     22:30 “Oranı görməmisənsə, sənə niyə diplom verək?”  |     22:21 Xırdalanda avtobus piyadanı vuraraq öldürüb  |     22:13 Neft Daşları-Dübəndi neft xəttində sızma baş verdi  |     22:03 Çayxorların NƏZƏRİNƏ: Ürək xəstəliyi riskini 8 faiz, infarktı isə 10 faiz...  |     21:59 Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib  |     21:25 Deputat: Dünyada hansı çirkin iş varsa, arxasından məhz USAİD çıxır  |     21:18 Şəkidə ikifərdi yaşayış evindəyanğın olub  |     21:07 Azərbaycanla Ermənistan arasında itkin düşmüş şəxslərlə bağlı fikir mübadiləsi aparılıb  |     20:53 Donald Tusk: Ölkədə qanun pozan əcnəbiləri deportasiya edəcəyik  |     20:44 Türkiyədə güclü zəlzələ oldu  |     20:28 Bakıda "Bolt" taksisi YANIR - VİDEO  |     20:17 Yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA  |     20:08 Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edildi  |     20:01 "Oleq Bakinski"nin ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin edilməyib  |     19:28 Hikmət Hacıyev Pakistanın Azərbaycandakı səfirini qəbul edib  |     17:43 Bakıda 52 yaşlı kişi özünü binadan atdı  |     17:24 Azərbaycanda tanınmış futbol həkimi vəfat etdi  |    

Çayxorların NƏZƏRİNƏ: Ürək xəstəliyi riskini 8 faiz, infarktı isə 10 faiz...

Çay, sadəcə gündəlik həyatımızda əvəzsiz bir içki olmaqla yanaşı, sağlamlığımıza da bir çox müsbət təsir göstərir.

Median.Az
xəbər verir ki, elmi araşdırmalar nəticəsində müəyyən olunub ki, müntəzəm çay istehlakı ürək xəstəliyi riskini 8 faiz, infarkt riskini isə 10 faiz azalda bilər.

Tədqiqatlar göstərib ki, çayın tərkibindəki polifenollar bağırsaq mikroflorasına müsbət təsir göstərə bilər. Bu maddələr faydalı bakteriyaların artmasına şərait yaradır, eyni zamanda zərərli bakteriyaların çoxalmasının qarşısını alır. Qara və yaşıl çayın tərkibindəki amin turşusu və kofein sinergetik təsir göstərərək diqqəti artırır və beyin funksiyalarını gücləndirir. Qəhvədən fərqli olaraq çayda olan kofein daha yavaş sorularaq daha uzun müddət davam edən enerji təmin edir. Digər bir araşdırma zamanı isə qara çayın aromasının idrak tapşırıqları zamanı stresi azaltdığı sübut olunub.

Çobanyastığı çayının sakitləşdirici təsiri, nanə çayının isə təravətləndirici və diqqət artırıcı xüsusiyyətlərə malik olduğu bildirilib. Ümumilikdə sağlam qidalanma, müntəzəm fiziki aktivlik və keyfiyyətli yuxu kimi faktorlar uzunömürlülük üçün həlledici rol oynayır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            72 07.02.25 22:03