Mojo.az Banner
21:38 Sumqayıtda yataqxanada yanğın oldu, sakinlər təxliyə olundu  |     21:11 Naftalanda yeniyetməni zibil qutusuna atdılar, videoya çəkib yaydılar  |     21:08 Azərbaycanda şagirdlərdən müəllimlərə qarşı şok hərəkət - Video  |     21:03 Rusiya ikigünlük atəşkəs elan etdi  |     20:08 "40 qəpik xidmət haqqı tutulması düzgün deyil" - İqtisadçı  |     20:00 Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı  |     19:54 Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)  |     19:49 Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? - Professordan xəbərdarlıq  |     19:41 Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi  |     19:36 60 bal toplayan müəllim uğurunun sirrini açıqladı  |     19:29 Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü  |     19:22 "Ermənistan Rusiya əleyhinə mövqeyə çəkilir" - XİN  |     19:17 Azərbaycanda növbəti üç gündə yağış yağacaq - XƏBƏRDARLIQ  |     19:08 Azərbaycanda boşanmalar niyə rekord həddə çatıb? – Psixoloqdan cəmiyyətə ciddi XƏBƏRDARLIQ  |     19:03 Bakının mərkəzində dəvəni dirəyə bağladılar - Video  |     18:56 Balakən kanat yolunun inşasına başlanıldı - Video  |     18:55 Azərbaycanda maaşlar yenidən artırıla bilər – Deputatdan açıqlama  |     18:52 Arıqlamaq istəyərkən zəhərlənməyin: Sirkəli su nə qədər təhlükəlidir?  |     18:51 Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldı  |     18:42 ABŞ məhkəməsi Epşteynin intihar məktubunu paylaşdı  |    
Left Banner
Right Banner

Həmkəndlisini qayçı ilə qətlə yetirən şəxs hakim qarşısında

09.10.2021 17:28 3 306
Həmkəndlisini qayçı ilə qətlə yetirən şəxs hakim qarşısında
Bərdədə həmkəndlisini qətlə yetirməkdə təqsirləndirilən Rəşad Musayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın xəbərinə görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.

Qeyd edək ki, hadisə iyunun 28-i saat 01:00 radələrində Bərdə rayon, İmirli kəndində qeydə alınıb. Kənd sakini Toğrul Abdullayevə xəsarət yetirilməsi və almış olduğu xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin həmkəndlisi Rəşad Musayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı məişət təyinatlı qayçı ilə Toğrul Abdullayevin döş qəfəsinin sol nahiyəsinə xəsarət yetirməsi nəticəsində sonuncu almış olduğu xəsarətdən xəstəxanada ölüb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rəşad Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.скачать dle 11.3
Mojo.az Banner