Mojo.az Banner
SON DƏQİQƏ
14:41 Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı  |     14:33 Bakının xeyli ərazisində qaz olmayacaq  |     13:52 Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək  |     13:42 Deputat tələbə təqaüdləri ilə bağlı MÜJDƏNİ verdi - Gələn il...  |     13:19 Kənddə 25, bazarda 50 qəpiyə: Yumurta niyə bahalaşır?  |     13:03 Azərbaycanda daha bir zəlzələ oldu - Foto  |     12:51 Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye  |     12:42 Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi  |     12:33 Piyada səkilərini zəbt edənləri bu qədər cərimə gözləyir – Açıqlama  |     12:27 Anar Bayramov nazir təyin olundu - Sərəncam  |     12:21 Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi - Yeni təyinat  |     12:15 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - Prezidentdən fərman  |     12:10 Alyona Əliyeva Luka Minnellinin Bakı konsertindən paylaşım etdi - Foto  |     12:09 Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə  |     12:08 Şamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü  |     12:06 Pensiyalar yeni qayda ilə hesablanacaq: Aylıq əlavələr kimlərə veriləcək?  |     12:05 Azərbaycandan Ermənistana ixrac olunan məhsulların dəyəri açıqlanıb  |     11:59 Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - Video  |     11:53 Bakıda iki avtomobil toqquşdu: Piyada öldü  |     11:37 Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

07.05.2026 20:00 681
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı
Elektrikli avtomobil sahiblərinin çoxu batareyanın 80 faizə qədər sürətlə dolduğunu, bundan sonra isə şarj prosesinin xeyli yavaşladığını müşahidə edir.

"Supercar Blondie" bunun səbəblərini izah edib.

Məlumata görə, batareya 80 faizə qədər dolarkən daxilində enerji üçün kifayət qədər boş yer olur və bu səbəbdən enerji sürətlə ötürülür. Lakin batareya tam dolmağa yaxınlaşdıqca proses daha mürəkkəb hala gəlir.

Mütəxəssislər bildirirlər ki, son 20 faizdə təhlükəsizlik limiti işə düşür. Batareyanın dolması ilə gərginlik artır və təhlükəli səviyyəyə yaxınlaşır. Bu səbəbdən elektromobilin idarəetmə sistemi, yəni "beyni” batareyanın həddindən artıq isinməsinin və tez köhnəlməsinin qarşısını almaq üçün enerji ötürülməsini avtomatik şəkildə azaldır.

Batareyanın işi litium-ionların anodlara hərəkəti prinsipi ilə qurulub. Əgər enerji çox sürətli ötürülsə, litium-ionlar düzgün yerləşə bilməz. Bu proses "litium örtüklənməsi” adlanır və baş verdikdən sonra onu aradan qaldırmaq mümkün olmur.

Məhz buna görə bir çox elektromobil istehsalçıları batareyanın gündəlik istifadədə 80 faizdən artıq doldurulmamasını tövsiyə edirlər. Bu üsul həm kifayət qədər yürüş məsafəsi təmin edir, həm şarj müddətini qısaldır, həm də batareyanın ömrünü qorumağa kömək edir.

Bu arada "BMW" şirkətinin batareya istehsalı üzrə direktoru Markus Fallbohmer və "BMW" Neue Klasse proqramının rəhbəri Mike Reichelt Çin istehsalı olan bəzi elektromobillərin yüksək sürətli şarj imkanlarının müəyyən mənfi təsirlərlə müşayiət olunduğunu bildiriblər.

Onların sözlərinə görə, şarj sürətini artırmaq mümkündür, lakin bu zaman batareyanın davamlılığı və digər texniki göstəricilər baxımından kompromislərə getmək lazım gəlir.скачать dle 11.3

Son xəbərlər