Mojo.az Banner
12:28 ADY-dən sərnişinlərə ŞAD XƏBƏR: Bilet satışının müddəti ARTIRILIR  |     12:18 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı QƏRAR VERDİ  |     12:01 Azərbaycanda kasko sığortası ilə bağlı YENİLİK  |     11:50 "Arzum"un cinayət işinin BƏZİ DETALLARI - Hadisə yerindən qaçıb?  |     11:43 Qırğızıstan prezidenti nəvələrinə smartfonlardan istifadəni qadağan edib  |     11:24 Gözlənilən leysan və sel ilə bağlı əhaliyə XƏBƏRDARLIQ  |     11:09 Kəşfiyyat orqanlarına edilən kiberhücumlar məxfi saxlanılacaq  |     23:02 Bu halda telefonunuz partlaya bilər  |     22:55 Bu şəxslərə kompensasiya ödəniləcək - ŞAD XƏBƏR  |     22:50 Bakıda sirkə turşusu daha bir can aldı  |     22:42 Market və avtomobillərdən oğurluq etdi: 2 il 10 ay həbs cəzası aldı  |     22:37 Kartof ucuzlaşdı - Bir kilosu 28 qəpikdir  |     22:28 Şamaxıda direktorun otağına hücum edən şəxsə hökm oxundu  |     22:23 Bakı bulvarında ŞOK OLAY: gənc oğlan son anda ölümdən döndü  |     22:15 Paşinyan Rusiyaya gedir?  |     22:10 Dərmanları soyuducuda saxlayanlara ciddi XƏBƏRDARLIQ  |     22:01 Məktəbin qiymətləndirməsi imtahanla üst-üstə düşmür - DİM sədri  |     21:56 Bakının bir hissəsində qaz olmayacaq  |     21:49 İsmayıllıda traktorun altına yıxılan kişi öldü  |     21:44 Gürcüstanda əcnəbi tələbələrə qarşı qaydalar sərtləşdirilir  |    
Left Banner
Right Banner

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

07.06.2025 21:05 924
Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB
Zahirən, şarj cihazı sadə bir aksesuar kimi görünə bilər və brend ilə ucuz analoq arasındakı fərq əhəmiyyətsiz sayılır. Lakin bu komponentə qənaət ciddi nəticələrə – həm smartfonun sıradan çıxmasına, həm də təhlükəsizlik risklərinə səbəb ola bilər.

Lent.az bu səbəbləri sizə təqdim edir:

Ucuz şarj cihazlarının əsas təhlükələri:

1. Sabit olmayan gərginlik və cərəyan gücü

Ucuz adapterlər, xüsusilə tanınmamış istehsalçılardan və ya şübhəli saytlardan alınanlar, keyfiyyətsiz və saxta detallar ilə hazırlanır və təhlükəsizlik standartlarını kobud şəkildə pozurlar. Brend şarj cihazları isə dəqiq nəzarətçi (kontroller) ilə təchiz olunub – bu, telefonla daimi məlumat mübadiləsi apararaq modelə uyğun düzgün parametrləri (məsələn, 5V/2A və ya sürətli şarj üçün 9V/1.67A) təmin edir.

Ucuz adapterlərdə bu "ağıl" ya yoxdur, ya da çox primitivdir. Nəticədə onlar:

Normanı aşan gərginlik sıçrayışları

Telefonun qəbul edə biləcəyindən yüksək cərəyan verə bilər.

Bu isə telefonun enerji idarəetmə çiplərinə və litium-ion batareyasına həddindən artıq yüklənmə verir.

2. Batareyanın tez sıradan çıxması

Gərginlik sıçrayışları və həddindən artıq yüklənmə:

Batareyanın daha tez boşalmasına

Qızmasına

Avtonom iş vaxtının nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olur.

3. Ciddi zədələr və bahalı təmir

Ən pis halda:

Qısaqapanma və ya gərginlik sıçrayışı nəticəsində telefonun enerji idarəetmə mikrosxemləri yanır.

Şarj portu sıradan çıxır.

Təmiri çətin və bahalı olur.

Ucuz adapterlərdə başqa nə təhlükə var?

Güclü qızma riski. Keyfiyyətsiz transformator və naqillər yüksək müqavimətə malikdir. Onlar qızmağa çox meyllidir, xüsusən də planşet və güclü telefonlar yükləndikdə. Bu qızma telefona da ötürülür və nəticədə:

Batareya,

Prosessor,

Yaddaş və ekran zədələnir,

Qurğunun ümumi ömrü azalır.

Yanğın təhlükəsi

Nadir də olsa, ucuz adapter:

Plastik korpusun alışmasına,

Naqil izolyasiyasının əriməsinə,

Hətta yanğına səbəb ola bilər.

4. Müdafiə sisteminin yoxluğu

Keyfiyyətli şarj cihazları:

Qısaqapanma,

Aşırı cərəyan,

Qızma,

Gərginlik artımı əleyhinə çoxsəviyyəli müdafiə sistemlərinə malikdir.

Ucuz variantlarda isə:

Ya ümumiyyətlə yoxdur,

Ya da təqlid edilən, qeyri-effektiv komponentlərdən ibarətdir. Bu, təkcə cihazın sıradan çıxmasına yox, bütün ev elektrik sisteminə zərər verə bilər. Ucuz şarj cihazları – qənaət vasitəsi yox, risk mənbəyidir.

Smartfonunuzun və təhlükəsizliyinizi qorumaq üçün:

Yalnız orijinal və sertifikatlı adapterlərdən istifadə edin. Naməlum brendlərdən və şübhəli satış platformalarından uzaq durun. Sonda ucuz adapterlə qənaət etdiyiniz az miqdar, çox baha başa gələ bilər.скачать dle 11.3
Mojo.az Banner