Mojo.az Banner
21:57 İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib  |     21:40 Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir  |     21:32 Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə  |     21:26 Azərbaycanda nadir hadisə: Uşaq ananın qaraciyərindədir  |     21:18 Bakı İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak etdi  |     21:06 Bu bürclər üçün çətin dövr başlayır  |     20:52 Sinoptikdən anomal isti qış xəbərdarlığı  |     20:43 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO  |     20:30 İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq  |     20:21 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     20:12 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib  |     20:05 Bakıda BMT-nin İqlim Həftəsində 140-dan çox ölkədən 2700 nümayəndə iştirak edib  |     19:59 Husilər Trampa mesaj göndərdilər: "ABŞ ilə vuruşmaq istəmirik"  |     19:47 İran və regional dövlətlər Hörmüz boğazını müzakirə edəcəklər  |     18:09 1-ci sinfə gecikən uşaqlar üçün elektron qəbul başlayır  |     18:03 İkinci əl telefon alarkən bu səhvi etməyin - XƏBƏRDARLIQ  |     17:58 Qazaxıstan "Avroviziya-2027" qatılır?  |     17:51 Çilidə qocalar evi yandı, çoxlu sayda ölən var  |     17:44 Hörmüzdən sonra yeni təhlükə: Daha bir keçid risk altındadır  |     17:39 Xərçəng riskini artıran əsas vərdişlər açıqlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda şagirdlərdən müəllimlərə qarşı şok hərəkət - Video

07.05.2026 21:08 597
Azərbaycanda şagirdlərdən müəllimlərə qarşı şok hərəkət - Video
Baku TV-nin qaynar xəttinə daxil olan şikayətdə bildirilir ki, 145, 86 və 17 nömrəli məktəblərin müəllimlərinə aid şəkil və videolar sosial şəbəkələrdə icazəsiz paylaşılır.

İddialara görə, həmin görüntülər üzərində qeyri-etik dəyişikliklər edilir və paylaşımlar əsasən şagirdlər tərəfindən yayılır. Bu cür davranışlar müəllim nüfuzuna ciddi zərbə vurmaqla yanaşı, təhsil mühitində etik normaların kobud şəkildə pozulmasına səbəb olur.

Bəs belə halların yaranmasına səbəb nədir?

Psixoloq Ofelia Əliyevanın sözlərinə görə, ilk növbədə uşaqların müəllimlərə qarşı aqressiyasının kökündə dayanan səbəblər araşdırılmalıdır:

"Burada müəllimlərin tükənmişlik sindromu rol oynaya bilər. Müəllimlər uşaqlarla emosional bağı düzgün qura bilməyə bilərlər. Bu, məsələnin bir tərəfidir. Digər tərəf isə valideynlərin uşaqlara aqressiyanı düzgün idarə etməyi öyrətməməsidir. Bu gün sosial media hər kəsin əlindədir və uşaqlar heç bir senzura olmadan müxtəlif platformalardakı trendlərlə tanış olurlar. Bəzən həmin trendin mənasını bilmədən bunu zarafat məqsədilə edirlər, bəzən isə nə etdiklərini anlayaraq davam etdirirlər. Hər iki halda problem düzgün maarifləndirmənin aparılmamasından qaynaqlanır".
скачать dle 11.3
Mojo.az Banner