Mojo.az Banner
22:13 Azərbaycanda Ermənistana növbəti tədarük həyata keçirilib  |     22:06 Bu yağları alarkən diqqətli olun  |     21:58 Gəncədə toyda dava: Xəsarət alan var  |     21:50 İspaniyada anomal istilər səbəbindən rekord sayda ölüm halı qeydə alınıb  |     21:42 Nepalda üç yaşlı qızın qətli kütləvi etirazlara səbəb oldu - VİDEO  |     21:33 Moskvadakı müəmmalı görüşlər başa çatdı: ABŞ hərbi təyyarəsi Rusiyadan ayrıldı - FOTO - VİDEO  |     21:26 İşıqlar içində tarix: Daşkənddə möhtəşəm 3D-meppinq şou keçirilib - FOTO  |     21:18 Ağsuda asfalt örtüyündə dərin çatlar və çökmələr əmələ gəlib - VİDEO  |     21:11 53 yaşlı kişi qətlə yetirilib  |     21:00 Yaponiyada isti hava beş mindən çox insanı xəstəxanalıq etdi  |     20:46 Şəhid Arəstə Baxışovanın övladı xarici universitetlərdə təhsil almaq şansı qazandı: "Çox xoşbəxtəm"  |     20:38 Novxanıda avtomobil marketə çırpılıb - VİDEO  |     20:30 "Doğuş" edən oyuncaqlar görənləri şoka saldı: "Açıq-aşkar cəmiyyəti pozurlar" - VİDEO  |     20:16 Elxan Mütəllimova yüksək VƏZİFƏ VERİLDİ  |     20:07 Hava ilə bağlı xəbərdarlıq - bu tarixdə güclü külək əsəcək  |     20:00 Sentyabrın 1-dən ÖDƏNİŞLİ OLACAQ – YENİ QAYDA  |     19:52 Məşhur şairin nəvəsinin əmlakına həbs qoyuldu  |     19:46 Məktəblilər üçün bu ayaqqabını almayın - Valideynlərin etdiyi təhlükəli səhv  |     19:38 Tramp: Kanada dövlət deyil  |     19:30 Paşinyan: "Ermənistan və Azərbaycan xalqları ən yaxşı sülhməramlılardır"  |    
Left Banner
Right Banner

Bakıda şagirdi döyən müəllim işdən çıxarıldı

13.01.2020 15:34 2 283
Bakıda şagirdi döyən müəllim işdən çıxarıldı
169 nömrəli tam orta məktəbin müəllimi İbrahim Cəfərov dərs zamanı VI sinif şagirdini (müvafiq səbəblərə görə şagirdin adı qeyd edilmir) vurduğuna və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən yol verdiyi digər ciddi nöqsanlara görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunub.

Bununla bağlı 169 nömrəli tam orta məktəbdən Oxu.Az-a bildirilib ki, İ.Cəfərov 2019-2020-ci dərs ilindən məktəbdə fəaliyyətə başlayıb.

Bu müddət ərzində onun məktəbdə şagird və müəllimlərə qarşı kobud rəftarı valideynlər və pedaqoji heyət arasında ciddi narazılığa səbəb olub, onunla bağlı məktəb rəhbərliyinə dəfələrlə şikayətlər olunub. Bu hərəkətlərə son qoyması üçün rəhbərlik tərəfindən bir neçə dəfə ona şifahi xəbərdarlıq edilib.

“Müəllimlərin etik davranış qaydaları”nın və Əmək Məcəlləsinin 10-cu maddəsinin tələblərini kobud şəkildə pozduğuna görə 2019-cu ilin oktyabrında İ.Cəfərova töhmət verilib.

Təəssüflər olsun ki, İ.Cəfərov bütün bunlardan düzgün nəticə çıxarmamış və müəllim adına uyğun olmayan hərəkətlərini davam etdirmişdir. 19 dekabr 2019-cu il tarixdə dərs zamanı VI sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) İ.Cəfərov tərəfindən döyülüb.

Bununla bağlı şagirdin valideyni Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edib, uşaq tibbi ekspertizaya göndərilib. Sabunçu Rayon Prokurorluğunda və Sabunçu rayon 13-cü Polis Bölməsində İ.Cəfərovun əməlləri ilə bağlı müvafiq araşdırmalara başlanılıb.скачать dle 11.3
Mojo.az Banner