Mojo.az Banner
22:03 Premyer Liqa: Prinsipial görüşdə "Sabah" "Qarabağ"ı məğlub etdi  |     21:55 Rəcəb Tayyib Ərdoğan: "İrana qarşı həyata keçirilən hücumlar regiona ciddi təsir göstərir"  |     21:47 Amerikalı reper həbsxanada bıçaqlandığı üçün 100 milyon dollar təzminat tələb edir  |     21:39 Ağdamda gənc FACİƏLİ şəkildə öldü  |     21:34 Özündən 10 yaş böyük kişini qətlə yetirdi  |     21:26 Kürün səviyyəsi qalxıb, nasos stansiyalarına fasilə verilib  |     21:21 Uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb  |     21:12 Türkiyədə məktəbdə faciə: Ölənlər və yaralanan var  |     21:00 Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanılıb  |     20:53 Sabah 25 dərəcə isti olacaq  |     20:42 Bakıda “Land Rover” yandı  |     20:34 Mingəçevirdə qazinin başına butulka ilə vurdular  |     20:20 Avtomobildə sıxılı qalmış sürücü xilas edildi - VİDEO  |     20:15 Bakının bu ərazilərində torpağın sotu 2 milyondur  |     20:07 38 yaşlı sürücü sükan arxasında öldü  |     20:01 Dağıstan üçün 5 milyon ianə etdi  |     19:54 Buraxılış imtahanında maksimum bal toplayanlar niyə kəskin azalıb?  |     19:46 Kiyevdə silahlı şəxs supermarketdə insanları girov götürdü  |     19:32 Ceyhun Bayramov: "Yaxın aylarda Ermənistan-Azərbaycan normallaşma prosesinə dair labüd məsələlərin həlli yekunlaşa bilər"  |     19:29 Paytaxda 100 minə yaxın bina söküləcək  |    
Left Banner
Right Banner

Adı qalmaqalda hallanan 201 nömrəli məktəbdə üç müəllim işdən çıxarıldı - Video

04.09.2025 11:49 654
Adı qalmaqalda hallanan 201 nömrəli məktəbdə üç müəllim işdən çıxarıldı - Video
Paytaxtdakı 201 nömrəli tam orta məktəbdə 20 ildən çoxdur çalışan üç müəllim eyni vaxtda işdən çıxarılıb.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, həmin müəllimlər iddia edirlər ki, işdən çıxarılmalarına səbəb direktor Afaq Əliyeva ilə bağlı müvafiq qurumlara şikayət etmələridir.

İşdən azad edilən müəllimlərdən biri Saleh Məmmədovdur. O iddia edir ki, direktor Afaq Əliyeva şəxsi intriqaları səbəbindən qərəzli şəkildə onu işdən uzaqlaşdırıb.

İşdən çıxarılan digər müəllim Kəmalə Mönsümova da həmkarları ilə eyni fikirləri bölüşüb.

Məsələ ilə bağlı Bakı Şəhəri Üzrə Təhsil İdarəsindən bildirilib ki, 201 nömrəli tam orta məktəbin qeyd olunan üç müəllimi təhsil müəssisəsinin iş ahəngini, "Təhsilverənlərin etik davranış Qaydaları"nın və əmək qanunvericiliyinin tələblərini, məktəbin daxili nizam-intizam qaydalarını pozduqlarına görə Həmkarlar Komitəsinin iclasında əməlləri qiymətləndirilərək onların əmək müqavilələrinə xitam verilməsi haqqında qərar qəbul olunub.

Qeyd edək ki, məktəb direktoru Afaq Əliyeva adının hallandığı 4 məhkəmə işinin hər birini uduzub. Buna baxmayaraq hələ də vəzifəsini icra edir.

Ətraflı süjetdə:скачать dle 11.3
Mojo.az Banner