Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Naxçıvanda əmək intizamını pozan müəllim vəzifəsindən azad olundu

04.10.2024 15:25 939
Naxçıvanda əmək intizamını pozan müəllim vəzifəsindən azad olundu
Sosial şəbəkələrdə Naxçıvan Şəhər Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə əmək intizamının və etik davranış qaydalarının pozulması ilə bağlı yayılan məlumatlar Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən araşdırılıb.

Araşdırma nəticəsində məlum olub ki, Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Səriyyə Nurəddin qızı Qənbərova məktəbdə sinif rəhbəri vəzifəsi və həftəlik 26 saat dərs yükü ilə təmin olunub. Səriyyə Qənbərova 2024-cü ilin sentyabr ayı ərzində əmək intizamını pozaraq işə çıxmayıb, tədris başladıqdan sonra üzrlü səbəb olmadan cədvəl üzrə dərslərini tədris etməyib. Həmçinin Səriyyə Qənbərova müxtəlif sosial şəbəkələrdə və saytlarda paylaşdığı məlumatlarla, eyni zamanda, müəssisədə insident yaratmaqla "Təhsilverənlərin etik davranış Qaydaları"nı kobud surətdə pozub.

Əmək qanunvericiliyinin və "Təhsilverənlərin etik davranış Qaydaları"nın tələblərini pozması səbəbindən məktəbin pedaqoji və Məktəb Həmkarlar İttifaqı Komitəsinin Qərarı ilə təhsil müəssisəsinin rəhbərliyi tərəfindən Səriyyə Qənbərova ilə bağlanan əmək müqaviləsinə xitam verilib.

Eyni zamanda, məktəbdə pedaqoji mühitə səmərəli nəzarətin təşkilində aşkarlanmış nöqsanlara görə Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri tərəfindən məktəbin direktoruna töhmət verilib, təlim-tərbiyə işləri üzrə direktor müavininə yazılı xəbərdarlıq elan edilib.

Son xəbərlər