Mojo.az Banner
21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |     20:49 Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq  |     20:44 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)  |     20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Naxçıvan məktəblərində müəllimlər vahid uniformaya keçirlər? - AÇIQLAMA

11.01.2024 12:10 1 080
Naxçıvan məktəblərində müəllimlər vahid uniformaya keçirlər? - AÇIQLAMA
Son günlər müxtəlif sosial şəbəkələrdə və media saytlarında Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin ümumi təhsil müəssisələrinin pedaqoji heyətinin vahid uniformaya keçməsi tələbi ilə bağlı məlumatlar yayılıb.

Məsələnin ictimaiyyəti narahat etdiyini nəzərə alaraq Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən məsələyə rəsmi münasibət bildirilib.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrində çalışan pedaqoji heyətin vahid uniformaya keçməsi barədə hər hansı qərar və ya tapşırıq verilməsi ilə bağlı yayılan məlumat dezinformasiyadır və həqiqəti əks etdirmir.

“Bildiririk ki, müəllimlərin etik davranış prinsipləri və tələbləri, geyim qaydaları, cəmiyyətdə özünüifadə formaları, loyallıq, təhsil prosesi iştirakçılarının qarşılıqlı münasibətləri və s. kimi tələb və gözləntilər Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 may 2014-cü il tarixli, 600 nömrəli əmri ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış qaydaları” ilə tənzimlənir. Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən qərar və tapşırıqlar qanunvericilikdə öz əsasını tapan normativlərə uyğun verilir. Əlavə olaraq bildiririk ki, hər hansı fakta söykənməyən, rəsmi təsdiqini tapmayan dəqiqləşməmiş məlumatların media qurumlarında paylaşılması 150 ilə yaxın müddətdə formalaşmış milli media dəyərlərimizə və peşəkar jurnalistika anlayışına ziddir.

Həqiqəti əks etdirməyən məlumatların ucuz populyarlıq naminə yayılması cəmiyyəti çaşdırmağa xidmət edir. Bildiririk ki, gələcəkdə bu kimi hallar təkrarlanarsa, hüquqi müstəvidə tərəfimizdən adekvat addımlar atılacaq. Vətəndaşları rəsmi olmayan məlumatlara inanmamağa çağırırıq. Eyni zamanda media nümayəndələrinə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi ilə bağlı məlumat paylaşarkən media üzrə məsul əməkdaşımız vasitəsilə məlumatı dəqiqləşdirməyi tövsiyə edirik”, - məlumatda deyilir.скачать dle 11.3
Mojo.az Banner