Mojo.az Banner
23:03 Şağanda otluq sahədəki yanğın söndürüldü  |     22:58 Əminə Ərdoğanın əlini öpmək istəyən Makron pis vəziyyətdə qaldı - VİDEO  |     22:52 14 il əvvəlki qətl: Cinayət işi üzrə istintaq tamamlandı  |     22:47 Yunanıstan Azərbaycandan neft idxalını artırdı  |     22:39 Dələduzluq edən altı nəfər saxlanıldı  |     22:33 Kuryerliklə qazandığı pulla kiçik qardaşını oxutdu - VİDEO  |     22:28 Arayikgilin növbəti apellyasiya məhkəməsi oldu  |     22:21 Bakıda marketdən 5 min manatlıq oğurluq edilib  |     22:16 DTX-nin Akademiyasında növbəti məzun buraxılışı oldu (VİDEO)  |     22:10 Sosial şəbəkələrdə satılan məhsullarda təhlükəli maddə aşkarlandı - RƏSMİ AÇIQLAMA - FOTO  |     22:02 Sabirabadda 54 yaşlı kişinin güllələnmiş meyiti tapıldı  |     21:54 "Qarabağ" yeni formalarını təqdim etdi - VİDEO  |     21:49 Gəncədə qanlı hadisə: 17 yaşlı oğlan çənəsindən bıçaqlandı  |     21:41 Dərman preparatlarının qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alındı  |     21:35 Qaqik Tsarukyan iki ay müddətinə həbs edildi  |     21:30 "Sabah" TNS-lə görüşdə hesabı açdı - CANLI  |     21:19 “Seltik” “Qarabağ”la razılığa gəldi  |     21:12 Daha 30 ukraynalı uşaq Azərbaycana gətirildi  |     21:07 Pensiya alanlara şad xəbər  |     20:59 Rusiyada 14 il əvvəl törədilmiş cinayətlər üzrə ibtidai istintaq tamamlandı  |    
Left Banner
Right Banner

Arıqlamaq istəyərkən zəhərlənməyin: Sirkəli su nə qədər təhlükəlidir?

07.05.2026 18:52 453
Arıqlamaq istəyərkən zəhərlənməyin: Sirkəli su nə qədər təhlükəlidir?
2026-cı ilin aprel ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müxtəlif mənşəli zəhərlənmə diaqnozu ilə 79 nəfərin hospitalizasiya olunması narahatlıq doğuran tendensiyanı bir daha gündəmə gətirib. Xüsusilə diqqət çəkən məqam isə zəhərlənənlərdən 19 nəfərin sirkə turşusundan zərər görməsi ilə bağlıdır. Gündəlik mətbəxdə geniş istifadə olunan sirkənin bu cür təhlükəli nəticələrə səbəb olması onun düzgün seçimi və istifadəsi məsələsini aktuallaşdırır. Bəzi vətəndaşlar ev şəraitində hazırlanan sirkənin daha təbii və zərərsiz olduğunu düşünür, digərləri isə market məhsullarına üstünlük verir. Bəs həqiqətən ev sirkəsi ilə sənaye üsulunda istehsal olunan sirkə arasında nə fərq var və istehlak zamanı hansı risklər nəzərə alınmalıdır?

Sirkə turşusundan zəhərlənmələr əsasən hansı hallarda baş verir?


Mövzu ilə bağlı Median.Az-a açıqlama verən Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, bu gün insanlar bir çox yollarla arıqlamaq üsullarından istifadə edirlər.

Məhsəti Hüseynovanın sözlərinə görə, insanlar daha çox tez, asan əldə olunan nəticələrə üstünlük verirlər. Bunlardan da biri sirkəli suyun içilməsidir. Sosial şəbəkələrdə də bu metodlar tövsiyyə edilir. Lakin diqqətdə saxlamaq lazımdır ki, hər bir şəxsin sağlamlıq dərəcəsi fərqli olduğuna görə, sirkənin təsiri də fərqli nəticələr göstərə bilər.
Mütəxəssis əlavə edib ki, bu gün insanlar arasında "uksuz" daha çox sənaye üsulunda emal olunmuş sirkə turşusudur. Təbii sirkə alma, üzüm və bir çox tərəvəzin qıcqırdılması yolu ilə əldə olunur. Onun tərkibində sirkə turşusu, asetik turşunun miqdarı 5/6 faizə qədər olduğu halda, sənaye üsulu ilə hazırlanan "uksus"larda isə asetik turşu 70 və bəzən daha artıq olur.

M. Hüseynova qeyd edib ki, sənaye üsulu ilə hazırlanmış sirkədən istifadə etmək zərərli ola bilər. Hətta ciddi zəhərlənməyə də gətirib çıxarar. Ancaq az faizli və təbii üsulla qıcqırdılmış sirkədən bir çox qidalarla birlikdə həzm prosesini asanlaşdırmaq üçün və dadlandırıcı əlavə kimi istifadə etmək olar. Lakin, nəzərə almaq lazımdır ki, sirkə turşusu mədə problemləri olan insanlarda mədədəki selikli qişanı qıcıqlandıra bilər. Eyni zamanda qastrit, mədə yanması və mədə xorasından əziyyət çəkən şəxslərdə bu xəstəlikləri daha da kəskinləşdirə bilər. Həmçinin diş minasını da zədələyər. Bu da diş çürüməsinə və həssaslığa gətirib çıxara bilər.

Mütəxəssis onu da vurğulayıb ki, sirkə tək halda qəbul olunduqda və yaxud su ilə seyrəldilmədikdə bir çox hallarda boğazı yandırar və qida borusuna zərər verə bilər. Xroniki xəstəliyi olan insanlar dərman qəbul etdiyi halda sirkə də qəbul edirlərsə, qarşılıqlı təsirə girərək zərərli ola bilər. Sirkəni həddindən artıq istifadə etdikdə sümüklərin zədələnməsinə, kalium və kalsiumun azalmasına səbəb ola bilər. Bu məqamlara mütləq diqqət etmək lazımdır.

Məhsəti Hüseynova sonda deyib ki, sirkə hansı məqsədlə istifadə olunursa, peşəkarlardan, həkimlərdən, mütəxəsislərdən məsləhət alaraq öz sağlamlıq vəziyyətlərini bilib dəyərləndirərək qəbul edə bilərlər.

Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner