Mojo.az Banner
16:43 Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək  |     16:38 Borclu şəxs qismində axtarışda olan 128 nəfər saxlanılıb  |     16:30 Amin Novruzov vəfat etdi  |     16:26 Bazar gününə olan hava proqnozu  |     16:21 Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı  |     16:13 Çində qasırğaya görə 600 min nəfər təxliyə edilib  |     16:08 Axtarışda olan 149 nəfər saxlanıldı  |     16:01 Türkiyədə hoteldə yanğın: 12 nəfər yaralandı  |     15:51 Bakı və Abşeronda su sistemləri təkmilləşdirilir  |     15:43 Tokayev Qazaxıstanın vitse-prezidentinin səlahiyyətlərini təsdiq edib  |     15:32 Azərbaycanda qadınlarla kişilərin maaşı arasında ciddi FƏRQ  |     15:06 Bakıda "IRONMAN 70.3" yarışı ilə əlaqədar bağlanan yollar vaxtından əvvəl açıldı  |     15:02 Pul üstündə tanışlıq elanı yazanlara cəza xəbərdarlığı — Açıqlama  |     14:48 Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunur  |     14:40 Ombudsman: Erməniəsilli məhbuslarla bağlı iddialar əsassızdır  |     14:39 Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq? - VIDEO  |     14:33 Hövsanda qadın avtomobilə hücum etdi, zərbələr endirdi – VİDEO  |     14:24 Rusiya Silahlı Qüvvələri Ukraynada yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi  |     14:15 Biləsuvarda toydan gələn piyadanı vuraraq öldürən avtomobilin sürücüsü SAXLANILDI (Yenilənib)  |     14:14 Azərbaycan nefti ucuzlaşıb  |    
Left Banner
Right Banner

Naftalanda yeniyetməni zibil qutusuna atdılar, videoya çəkib yaydılar

07.05.2026 21:11 2 046
Naftalanda yeniyetməni zibil qutusuna atdılar, videoya çəkib yaydılar
Naftalanda yeniyetməni parkda döyərək görüntülərini sosial şəbəkələrdə yayıblar.

Median.Az
Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisindəki parkda baş verib.

16 yaşlı İbrahim Musayev (ad və soyad şərtidir - red.) parkda gəzərkən zərərçəkən Elmir Kərimova (ad və soyad şərtidir - red.) yaxınlaşaraq nə səbəbə anası barədə xoşagəlməz ifadələr səsləndirdiyini soruşub. Elmir etiraz etdikdə İbrahim bu barədə əlində səs yazısı olduğunu deyib. Daha sonra əsəbiləşdiyi üçün o, yanındakı iki tanışı ilə köməkləşərək Elmiri yaxınlıqdakı zibil qabına atıblar. Tanışlarından biri hadisəni telefonla videoya çəkib. Elmir ərazidən uzaqlaşmaq istəyəndə isə İbrahim onu vuraraq yerə yıxıb.

Sonra hadisənin videosu "TikTok" sosial şəbəkəsində paylaşılıb.

Zərərçəkənin şikayəti əsasında İbrahim polis əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) və 510.2-ci (xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddələri ilə protokol tərtib olunub.

İbrahim Musayev ifadəsində əməlindən peşman olduğunu, Elmirdən və onun anasından üzr istədiyini bildirib.

Zərərçəkənin qanuni nümayəndəsi isə şikayətçi olduğunu deyərək, həm İbrahimin, həm də Elmiri zibil qutusuna atan digər şəxsin cəzalandırılmasını xahiş edib.

Barəsində inzibati xəta üzrə icraat aparılan İbrahimin vəkili isə müvəkkilinin yeniyetmə olduğunu nəzərə alaraq yüngül cəza verilməsini istəyib.

Məhkəmənin qərarı ilə İbrahim Musayev 500, ona kömək edən tanışı isə 400 manat məbləğində inzibati qaydada cərimələniblər.скачать dle 11.3
Mojo.az Banner