Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Parkda qızla tanış olmaq istəyən, ona təpik vuran oğlana hökm oxundu

05.09.2024 16:40 1 038
Parkda qızla tanış olmaq istəyən, ona təpik vuran oğlana hökm oxundu
Paytaxtın Səbail rayonu ərazisində küçədə gənc qıza qarşı xuliqanlıq əməli törətmiş oğlan saxlanılıb.

"Qafqazinfo" xəbər verir ki, hadisə Badamdar qəsəbəsində baş verib. Polisə şikayət edən qız tanımadığı şəxsin onu izlədiyini və küçədə yaxınlaşaraq əl-qol hərəkətləri etdiyini, onu öpməyə çalışdığını bildirib.

Müraciətdən bir neçə gün sonra polis əməkdaşları həmin şəxsin yerini müəyyən edərək onu saxlayıblar. Məlum olub ki, bu, Ağcabədi rayonunun kəndlərindən birinin sakini 1995-ci il təvəllüdlü F.Kərimovdur (şərti).

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmədə şikayətçi qız da iştirak edib. O, polis bölməsində verdiyi ifadəni təsdiq edib:

"Həmin gün saat 20 radələrində bacımla Badamdardakı parkda idik. Bizim oturduğumuz skamyaya bir nəfər əyləşərək mənimlə tanış olmaq istədiyini bildirdi. Dəfələrlə ona tanış olmaq istəmədiyimi dedim. Evə doğru gedəndə yaşadığım küçənin yaxınlığında bir daha ona rədd cavabı verdim. O isə əl-qol ataraq məni öpməyə cəhd etdi. Mənim ayağıma təpik vuraraq uzaqlaşmaq istəyəndə polisə şikayət edəcəyimi söylədim. Telefonumu əlimdən alaraq sındıracağını dedi. Mən isə jurnalist olduğumu söylədim. O, sistem işçisi olduğunu bildirərək telefonumu qaytardı".

Saxlanılan şəxs isə gənc qızın dediklərinin hamısının yalan olduğunu bildirib:

"Mən sadəcə ona yaxınlaşaraq tanış olmaq istəmişəm".

Səbail Rayon Məhkəməsinin qərarı ilə F.Kərimova 10 sutka inzibati həbs cəzası verilib.скачать dle 11.3
Mojo.az Banner