Elektron qolbaq daşıyan şəxs külli miqdarda pul oğurladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:04 Bakıda 17 milyon manata satılan villa kimindir? (VİDEO)  |     17:50 Azərbaycan siqareti ən çox bu ölkələrə satır (SİYAHI)  |     17:25 İngiltərəli hakim HƏBS EDİLDİ - Təcavüzdə ittiham edilir  |     17:18 İran prezidenti Tehranda Əli Əsədovu qəbul edib  |     17:00 Azərbaycanlı iş adamı Polşada müəmmalı şəkildə YOXA ÇIXDI - Şərikli biznes qurubmuş  |     16:44 Bakı-Tbilisi qatar reysi BƏRPA EDİLİR - Tarix də müzakirə olundu  |     16:41 DTX-dən ƏMƏLİYYAT: MİDA-nın adından istifadə edənlər ifşa olundular  |     16:37 Qar yağacaq, güclü külək əsəcək, temperatur 7-10 dərəcə enəcək - XƏBƏRDARLIQ  |     16:23 Həbsdəki general Nizami Məmmədovdan XƏBƏR VAR: Vəsatəti təmin olunmadı  |     16:22 Ölkədəki işsizlərin sayı açıqlandı  |     16:15 "Neftçi"nin maliyyə direktoru vəzifəsindən ayrıldı  |     14:52 Mirsaleh Seyidov rəisi İŞDƏN ÇIXARDI - Yeni təyinat  |     14:51 Hansı hallarda “müvəqqəti aliment” almaq olar?  |     14:30 Bağlamaları ünvana çatdırmayan daşıma şirkətlərinə xəbərdarlıq edildi  |     14:15 Azərbaycanda ən çox əməkhaqqı bu sahədə verilir - MƏBLƏĞLƏR  |     14:14 Azərbaycana idxal edilən avtomobillərin yaş limiti azaldılacaq?  |     13:45 Azərbaycan elektrikli avtobusların istehsalına başlayır - Tarix açıqlandı (VİDEO)  |     13:38 “Nutella”nın yaradıcısı vəfat etdi  |     13:38 "Bitcoin" və altkoinlərdə ucuzlaşma davam edir - QİYMƏTLƏR  |     13:37 Zəlzələ ilə bağlı yeni layihə - Çoxmərtəbəli binalarda da bu cihazlardan quraşdırıla bilər?  |    

Elektron qolbaq daşıyan şəxs külli miqdarda pul oğurladı

İsmayıllı rayonu Qalagah kəndi ərazisində yerləşən fərdi yaşayış evindən 18 min manat pulun və qızıl-zinət əşyalarının oğurlanması barədə Polis Şöbəsinə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndliləri, azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunduğu üçün elektron qolbaqla təchiz edilən İlqar Zeynalov və əvvəllər məhkum olunmuş Xəyal Məmmədov saxlanılıb.

Araşdırma zamanı həmin şəxslərin oğurluq etdikdən sonra Bakı şəhərinə getdikləri və cinayət yolu ilə əldə etdikləri pulun bir qismini orada öz əyləncələri üçün xərclədikləri məlum olub.

Saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər. Pulların və qızılların bir hissəsi onlardan maddi sübut kimi götürülüb.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 344 27.07.21 15:32