Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Ölkədəki işsizlərin sayı açıqlandı

18.02.2025 16:22 582
Ölkədəki işsizlərin sayı açıqlandı
Bu ilin yanvar ayında ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 312 min 600 nəfər olub, onlardan 5 milyon 29 min 900 nəfəri məşğul əhali olub.

Valyuta.az rəsmi statistik göstəricilərə istinadən xəbər verir ki, işsizlərin sayı 282 min 700 nəfər olub.

Cari il yanvarın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 778 min 500 nəfər təşkil edib. Onların 882 min 800 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 895 min 700 nəfəri isə qeyri-dövlət sektorunda çalışıb.

İqtisadiyyatın neft-qaz sektorunda 31 min 800 nəfər, qeyri neft-qaz sektorunda 1 milyon 746 min 700 nəfər işləyib.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,8%-i məhsul istehsalı sahəsindədir. Bu sahədə ən böyük pay 7,6%-lə emal sənayesinə, ən aşağı pay isə 1,7%-lə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsinə düşür.

Xidmət sahəsində işləyənlərin 18,5%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 18,5%-i təhsil, 8,5%-i əhaliyə səhiyyə və sosial xidmətlər, sosial təminat, 3,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 3%-i istirahət, əyləncə və incəsənət, 2,2%-i maliyyə və sığorta, 1,1%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində işləyib.

Son xəbərlər