Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda işləyənlərin sayı açıqlandı

15.05.2025 21:23 669
Azərbaycanda işləyənlərin sayı açıqlandı
Cari il mayın 1-i vəziyyətinə olan ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5 milyon 323,3 min nəfər olub, onlardan 5 milyon 39,6 min nəfərini məşğul əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, cari il aprelin 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 774,9 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 880,1 min nəfər, qeyri-dövlət sektorunda isə 894,8 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,5 min nəfər, qeyri-neft-qaz sektorunda isə 1 milyon 743,4 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,7 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,6 faizi emal sənayesində, 6,6 faizi tikintidə, 2,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,8 faizi mədənçıxarma sənayesində, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.
Xidmət sahəsində işləyənlərin 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,6 faizi təhsil, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 3,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 3 faizi istirahət, əyləncə və incəsənət, 2,3 faizi maliyyə və sığorta fəaliyyəti, 2 faizi informasiya və rabitə, 1,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıblar.

2025-ci ilin I rübünün sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 2067 nəfər olub. Onlardan 41,5 faizi tikintidə, 10,7 faizi emal sənayesində, 8,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 7,6 faizi mədənçıxarma sənayesində, 5,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 4,5 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi və 22,1 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub. 2025-ci ilin yanvar-mart aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 135,8 saat təşkil edib.

Son xəbərlər