Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycana idxal edilən avtomobillərin yaş limiti azaldılacaq?

18.02.2025 14:14 810
Azərbaycana idxal edilən avtomobillərin yaş limiti azaldılacaq?
Bildiyimiz kimi, "İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında" Nazirlər Kabinetinin Qərarı ilə 2023-cü ilin aprelindən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi məhdudlaşdırılıb.

Bəs, görəsən, müasir çağırışlar fonunda tətbiq edilən 10 yaş limitinin azaldılmasına ehtiyac varmı?

Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, buna ehtiyac görmür:

"Çünki avtomobil istehsalçısı deyilik, Azərbaycanın daxili kütləvi avtomobil istehsalı yoxdur. Başqa ölkələrin müştərək zavodlarında avtomobillər yığılır. Buna görə də avtomobillər üçün qoyulan yaş həddi məqbuldur".

Ekspert vurğulayıb ki, məhdudiyyət yalnız qəzalı avtomobillərə qoyula bilər:

"Avtomobil parkının yenilənməsi yalnız bu formada həyata keçirilə bilər. Azərbaycanda buna çox ciddi ehtiyac var. Çünki alverçilər ancaq ciblərini fikirləşirlər. Onlar üçün avtomobilin hansı vəziyyətdə olması, bunun ölkəyə ziyan vurması əhəmiyyətli deyil. Qəzalı avtomobilləri ölkəyə gətirib kosmetik dəyişikliklərlə satırlar".

E.Muradlının sözlərinə görə, Azərbaycan gələcəkdə avtomobil istehsalçısı olsa, yerli istehsalı stimullaşdırmaq üçün xaricdən gətirilən avtomobillərlə bağlı müəyyən məhdudiyyətlər tətbiq edilə bilər.

"Amma bu gün buna ehtiyac yoxdur. Əksinə imkan yaratmaq lazımdır ki, Azərbaycanda avtomobil parkı yenilənsin, köhnə avtomobillərin yığışdırılması ilə bağlı stimullaşdırıcı addımlar atılsın, yeni, xüsusən hibrid, elektikli avtomobil gətirənlərə müəyyən güzəştlər edilsin", - deyə o qeyd edib.

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov isə açıqlamasında bildirib ki, Azərbaycan dünyada elektrikli avtomobillərin sürətlə yayılmasına adekvat yanaşır:

"Elektrikli avtomobillərin istehsalına, iş prinsipinə qarşı müəyyən təhlükələr var. Bəzi ölkələr elektrikli avtomobillərin istehsalı üçün müəyyən prosedurlara hazır deyil. İdxalı rəsmiləşən və yaxud ölkədə icarə verilən nəqliyyat vasitələrinə müəyyən məhdudiyyətlər tətbiq edirlər. Yaş limitinin qoyulması, utilizasiya proseslərinin aparılması bura daxildir".

Ekspert deyib ki, Azərbaycanda da avtomobilləşmənin əsas meyarlarından biri də nəqliyyat vasitəsinin yaşıdır.

"Ölkədə yaşı 10-dan çox olan kifayət qədər avtomobil var. Bu məsələ ilk növbədə taksilərdə, xüsusən taksi parklarında və istismara qəbul edilən nəqliyyat vasitələrinin yenilənməsində özünü büruzə verdi. Yaş məsələsini gündəmə gətirmək bizim üçün hələ tezdir. Çünki kifayət qədər yeni avtomobillər gəlib. Onların yaşının yenilənməsinə hələ bir neçə il lazımdır. Ona görə bu parkın yenilənməsi bir az sual doğurur, çünki vaxt aparan prosesdir", - deyə A.Əsədov fikrini yekunlaşdırıb.
//trend

Son xəbərlər