Mojo.az — elanlar
Son Xəbərlər
19:39 Sabah iki rayonda qaz olmayacaq  |     19:34 Bakıda yeni mikrorayon salına bilər: Necə adlanacaq?  |     19:29 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Video  |     19:19 Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib  |     18:48 Repçi Navai Rusiyada cəzalandırılacaqmı? - Vəkildən açıqlama  |     18:33 Bakıda üç marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir  |     18:03 Məktəbdə şagirdlər arasında dava düşdü, biri xəstəxanalıq oldu  |     18:01 Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq  |     17:16 Xidmət yerini özbaşına tərk edən hərbçilər üçün yeni cəzalar müəyyənləşir  |     16:12 Ölkədə leysan olacaq, dolu düşəcək, qar yağacaq - Xəbərdarlıq  |     16:10 Xarici vətəndaşlara uzunmüddətli yaşamaq icazəsi veriləcək  |     16:06 Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video  |     14:26 Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi  |     14:18 Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi  |     13:58 Təbii kürü adı ilə plastik məhsul satılır? – Bu səhvləri etməyin — Əlamətlər  |     13:55 Bakıda uşaq bağçasında ciddi nöqsanlar aşkarlandı - Foto  |     13:42 Un və çörəyin qiyməti bu halda arta bilər – AÇIQLAMA  |     13:26 Bakı metrosu "Sabah"a görə xüsusi rejimdə işləyəcək  |     13:21 Bakıdakı psixiatriya xəstəxanasında ölüm  |     13:08 Bölgələrdə yeni iş yerləri açılacaq? — Deputatdan VACİB MESAJ  |    
Mojo.az Avto
Mojo.az Avto

Bağlamaları ünvana çatdırmayan daşıma şirkətlərinə xəbərdarlıq edildi

18.02.2025 14:30 969
Bağlamaları ünvana çatdırmayan daşıma şirkətlərinə xəbərdarlıq edildi
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) vətəndaşlar tərəfindən bağlamaların ünvana çatdırılması ilə bağlı daxil olan şikayətlərin artması səbəbindən poçt rabitəsi operatorlarına xəbərdarlıq edib.

Median.Az
Agentliyə istinadən xəbər verir ki, daxil olan vətəndaş müraciətlərində bildirilir ki, son zamanlar Türkiyə və Çindən istifadəçinin ünvanına çatdırılma həyata keçirən poçt rabitəsi operatorları daşıma şərtlərini pozaraq istifadəçilərdən poçt göndərişlərini poçt obyektindən təhvil almalarını təklif edirlər. Bu təkliflər ya SMS şəklində, ya da birbaşa zəng şəklində edilir.

Müvafiq poçt rabitəsi operatorlarının rəhbər şəxsləri İKTA-ya dəvət edilib və onlarla qeyd edilən şikayətlərlə bağlı müzakirələr aparılıb. Müzakirələr zamanı mövcud qanunvericiliyin tələbləri bir daha xatırladılaraq, nöqsanların qısa zamanda aradan qaldırılması ilə bağlı xəbərdarlıq edilib. Bildirilib ki, daşıma şərtlərinə zidd SMS-lərin göndərilməsi dayandırılmalıdır. Qeyd olunub ki, müştəri onlayn alış-veriş zamanı evə çatdırılma seçərək ödəniş etdiyi halda poçt operatorunun evə çatdırılmanı müxtəlif vasitələrlə əngəlləməsi yolverilməzdir və bu, operatorun əlavə qazanc əldə etməsinə şərait yaratmaqla məsuliyyət yaradan hal hesab edilə bilər.

Görüşdə, həmçinin qeyd edilib ki, bir sıra sürətli poçt xidməti göstərən şirkətlərin əməkdaşları çatdırılma zamanı eyniləşdirmə üçün müştərinin şəxsiyyət vəsiqəsindən başqa, digər sənədlər də tələb edirlər. Poçt rabitəsi operatoru yalnız şəxsiyyət vəsiqəsinə vizual baxış keçirməklə bağlamanı təhvil alan şəxslə sifarişçinin eyni şəxs olmasını yoxlaya bilər.

Son xəbərlər