Mojo.az Banner
12:46 Azərbaycanın dövlət borcu açıqlandı  |     12:38 Gömrük Komitəsində maliyyə nöqsanları aşkarlandı  |     12:36 Alyona Əliyeva Dövlət Uşaq Filarmoniyasının solo konsertindən paylaşım edib - FOTO  |     12:25 Həftəsonu 55 mindən çox şagird buraxılış imtahanı verəcək  |     12:10 Şəkidə "KamAZ" 69 yaşlı qadını vurub öldürdü  |     12:09 Bitkiçilik sahəsində subsidiya və güzəştlərin tətbiqində uyğunsuzluqlarla bağlı cinayət işi başlanıb  |     12:08 Zaqatalada 11 mindən çox abonentin qazı kəsiləcək  |     12:07 Gömrük postunda 243 ədəd mobil telefon aşkar edilib  |     12:07 Qadının üzərinə benzin töküb yandıran sevgilisi: "Ona başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim"  |     12:06 Abituriyentlərin NƏZƏRİNƏ: DİM-in sınaq imtahanına qeydiyyat bu gün BAŞA ÇATIR  |     12:04 Azərbaycan nefti cüzi bahalaşıb  |     12:03 Ağsuda 54 yaşlı kişi heyvan otararkən öldü  |     12:01 İmişlidə canavarlar kəndə hücum ediblər - Video  |     11:57 Bakıda internat məktəbinin yataqxanasında YANĞIN OLDU - Video  |     11:54 Bakıda sərnişin sıxlığını azaltmaq üçün xətlərə ƏLAVƏ AVTOBUSLAR buraxılıb  |     11:50 Sənəd dəyişdirildi, evlər satıldı - Video  |     11:48 Gözü dönən kişi balta ilə arvadına hücum etdi - Tükürpərdən hadisənin TƏFƏRRÜATI - Video  |     11:45 Türkiyədə hərbi helikopter qəzaya uğrayıb  |     11:36 Prokurorluq Gəncə İcra Hakimiyyətində araşdırma aparır  |     11:23 Ədəbiyyatda yeni dövr: Süni intellekt artıq yazı prosesinə daxil olur? – Yazıçıdan AÇIQLAMA  |    
Left Banner
Right Banner

Poçt xidmətlərinin tarifləri ilə bağlı QANUN dəyişir

25.10.2023 15:31 891
Poçt xidmətlərinin tarifləri ilə bağlı QANUN dəyişir
Universal poçt rabitəsi xidmətlərinin tarifləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) tərəfindən təsdiq ediləcək.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Poçt haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, RİNN yalnız universal poçt rabitəsi xidmətlərinin tariflərinə dair təkliflər verə bilərdi.

Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının tənzimlənməsinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2023-cü il tarixli fərmanına əsasən rəqəmsal inkişaf (o cümlədən poçt) və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının Azərbaycan Respublikasının İqtisadiyyat və Maliyyə nazirliklərinin rəyi nəzərə alınmaqla, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təsdiq edilməsi təsbit edilib.

Təklif edilən qanun layihəsi həmin fərmana uyğun olaraq universal poçt rabitəsi xidmətlərinin tariflərinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təsdiq edilməsi məqsədilə hazırlanıb.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.скачать dle 11.3
Mojo.az Banner