Mojo.az Banner
18:50 Leyla Əliyeva dairəvi xalçanın kəsim mərasimində iştirak edib  |     18:44 Maska geyinib qonşusunun evinə basqın etdi, qadının başına vurub pullarını aldı  |     18:37 Devid Bekhem Kriştianu Ronaldu barədə fikirlərini bölüşüb  |     18:31 Bakı avtovağzalının qarşısında müəlliməni öldürən şəxsə hökm oxundu  |     18:26 Külək GÜCLƏNƏCƏK - Ərazilər açıqlandı  |     18:12 SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ: Bakıda yollardan biri iki gün tam bağlı qalacaq  |     18:11 Sabirabadda bir ailənin zəhərləndiyi hadisə ilə bağlı YENİ XƏBƏR  |     18:06 Paytaxtın hansı küçələrində sıxlıq var?  |     18:03 Ramiz Mehdiyevin Rusiyaya zəng edərək danışdığı qadının kimliyi məlum oldu  |     18:01 Atalığı tərəfindən üç il cinsi zorakılığa məruz qalan 11 yaşlı qızla bağlı YENİ XƏBƏR  |     17:59 Müdafiə Nazirliyindən əsgərlərlə bağlı YENİ QƏRAR  |     17:38 Azərbaycanda icra başçısının sabiq birinci müavini DÖYÜLDÜ  |     17:37 Ramiz Mehdiyevin dövlət çevrilişi üçün hazırladığı sənəd görün haradan tapıldı? - VİDEO  |     17:34 Sabah üç rayonda qaz olmayacaq  |     17:31 Ramiz Mehdiyevin "dostlarına" sənəd göndərmək cəhdinə agentdən cavab: "Öz aranızda həll edin" - AUDIO / VİDEO  |     17:18 Ramiz Mehdiyevin evindən VİDEO - 17 milyon manat (Video)  |     17:13 Əli Kərimlinin saxlanılmasının ANBAAN GÖRÜNTÜSÜ (Video)  |     17:06 Bakıda qadın sürücünü şillələyən və üzünə tüpürən "parkovşik" həbs edildi  |     17:04 "Xarı Bülbül" restoranının qarşısında kütləvi dava - Bir nəfər həbs edildi  |     14:49 Həyat yoldaşı və körpəsini qətlə yetirməkdə təqsirləndirilən Fərid Hüseynlinin işi yenidən Ali Məhkəmədə  |    
Left Banner
Right Banner

Zəlzələ ilə bağlı yeni layihə - Çoxmərtəbəli binalarda da bu cihazlardan quraşdırıla bilər?

18.02.2025 13:37 369
Zəlzələ ilə bağlı yeni layihə - Çoxmərtəbəli binalarda da bu cihazlardan quraşdırıla bilər?
Memarlıq və İnşaat Universitetinin (AMİU) Zəlzələ Elmi Tədqiqat Mərkəzinin direktoru, professor Azər Qasımzadənin sözlərinə görə, yerin dərinliklərindəki hərəkətlər nəticəsində böyük dağıntılara səbəb olan zəlzələdən qorunmaq üçün Azərbaycanda yeni üsuldan istifadə olunacaq.

Belə ki, binalara yeni cihazlar yerləşdiriləcək və bununla da onların zəlzələyə dayanıqlılığını yoxlamaq, izləmək mümkün olacaq. Onun sözlərinə görə, izlənmə cihazları strateji əhəmiyyətli yüksək bina və qurğulara qoyulacaq.

Mövzu ilə bağlı Valyuta.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, yəqin ki, bu bir pilot layihə kimi başlanacaq və uğurlu olarsa, gələcəkdə artıq digər çox mənzilli binalara da həmin cihazlardan yerləşdirilə bilər:

"Bu cihazlar dövlət əhəmiyyətli strateji binalara - xəstəxanalara, uşaq evlərinə, məktəblərə, bağçalara, hansı ki, o binalarda insanlar kütləvi şəkildə olur, onlara yerləşdirilə bilər. Çünki zəlzələ baş verərsə, əvvəlcədən məlumatlandırma xəbəri gəlməlidir ki, insanlar ordan evakuasiya edilsin".

Elnur Fərzəliyev qeyd edib ki, Bakıda seysmoloji zonalar yox, sürüşmə zonaları var:

"Bakı zəlzələ baxımından seysmik zonada yerləşmir. Bakıda ən son zəlzələ 2001-ci ildə baş verib. 2001-ci ildən sonra isə ölkədə "Əsrin müqaviləsi" olan neft müqavilələri bağlanıldı və paytaxt ərazisində zəlzələ yarada biləcək bütün təbii sərvətlər demək olar çıxarılıb. Bakıda sürüşmələr baş verə bilər. Bakı bir amfiteatr kimi tikilib, yeraltı qurunt sularının çox olması və tikilən çoxmərtəbəli binaların qurunt sularının istiqamətini dəyişdirməsi, onların özlərinə fərqli yol açması sürüşmələrə səbəb ola bilər. Lakin yenə də xəstəxanalar, məktəblər, digər dövlət əhəmiyyətli binalarda bu cihazların olması yaxşıdır".

Ekspert deyir ki, əgər həmin cihazlar zəlzələ barədə öncədən məlumatlandıra bilirsə, bunu faydalı bir layihə kimi qiymətləndirmək olar:

"Zəlzələ müxtəlif yerlərdə, müxtəlif vaxtlarda baş verir. Buna görə də, dövlətin belə hadisələrə əvvəldən hazırlıq görməsi vacibdir. Bundan başqa, zəlzələyə hazırlıq üçün müxtəlif sığınacaqlar olmalıdır. Sığınacaqların olmaması və ya sayının az olması problemlər yaradır.

Çünki sığınacaqlar həm zəlzələ, həm də müharibə şəraitində evakuasiya olan insanlar orda yerləşdirilir. Daha çox metrostansiyalar, yeraltı keçidlər sığınacaq kimi nəzərdə tutulur, amma bunlar da hər yerdə yoxdur".скачать dle 11.3
Mojo.az Banner