Gürcüstanda azərbaycanlı ailəyə silahlı basqın: Ölənlər var » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:50 Azərbaycan siqareti ən çox bu ölkələrə satır (SİYAHI)  |     17:25 İngiltərəli hakim HƏBS EDİLDİ - Təcavüzdə ittiham edilir  |     17:18 İran prezidenti Tehranda Əli Əsədovu qəbul edib  |     17:00 Azərbaycanlı iş adamı Polşada müəmmalı şəkildə YOXA ÇIXDI - Şərikli biznes qurubmuş  |     16:44 Bakı-Tbilisi qatar reysi BƏRPA EDİLİR - Tarix də müzakirə olundu  |     16:41 DTX-dən ƏMƏLİYYAT: MİDA-nın adından istifadə edənlər ifşa olundular  |     16:37 Qar yağacaq, güclü külək əsəcək, temperatur 7-10 dərəcə enəcək - XƏBƏRDARLIQ  |     16:23 Həbsdəki general Nizami Məmmədovdan XƏBƏR VAR: Vəsatəti təmin olunmadı  |     16:22 Ölkədəki işsizlərin sayı açıqlandı  |     16:15 "Neftçi"nin maliyyə direktoru vəzifəsindən ayrıldı  |     14:52 Mirsaleh Seyidov rəisi İŞDƏN ÇIXARDI - Yeni təyinat  |     14:51 Hansı hallarda “müvəqqəti aliment” almaq olar?  |     14:30 Bağlamaları ünvana çatdırmayan daşıma şirkətlərinə xəbərdarlıq edildi  |     14:15 Azərbaycanda ən çox əməkhaqqı bu sahədə verilir - MƏBLƏĞLƏR  |     14:14 Azərbaycana idxal edilən avtomobillərin yaş limiti azaldılacaq?  |     13:45 Azərbaycan elektrikli avtobusların istehsalına başlayır - Tarix açıqlandı (VİDEO)  |     13:38 “Nutella”nın yaradıcısı vəfat etdi  |     13:38 "Bitcoin" və altkoinlərdə ucuzlaşma davam edir - QİYMƏTLƏR  |     13:37 Zəlzələ ilə bağlı yeni layihə - Çoxmərtəbəli binalarda da bu cihazlardan quraşdırıla bilər?  |     13:33 Azarkeşlərin tənqidi "Liverpul" klubunu geri addım atmağa məcbur etdi  |    

Gürcüstanda azərbaycanlı ailəyə silahlı basqın: Ölənlər var

Gürcüstanın Marneuli rayonunun azərbaycanlıların yaşadığı Yuxarı Saral kəndində qətl hadisəsi baş verib.

“Report” xəbər verir ki, silahlı şəxs bir ailəyə basqın edib.

Hadisə zamanı iki nəfər ölüb, digər iki nəfər isə ağır yaralanıb. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Qətli törədən 1992-ci il təvəllüdlü E.A. adlı şəxs saxlanılıb.

Həmin şəxs ağırlaşdırıcı hallarda iki və ya daha çox ailə üzvünün qəsdən qətlə yetirilməsində və ağırlaşdırıcı hallarda iki və ya da çox ailə üzvünün qətlinə cəhddə ittiham olunur. Onu 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxs iyulun 21-nə keçən gecə əvvəllər baş verən münaqişə zəminində 1994-cü il təvəllüdlü Q.P. adlı keçmiş həyat yoldaşı və onun atası, 1969-cu il təvəllüdlü İ.P. adlı şəxsi öz evlərində odlu silahla qətlə yetirib.

Yaralanan şəxslər isə qadının anası və qardaşıdır. Onlar xəstəxanaya çatdırılıb və həyatları təhlükədə deyil.

Qətli törədən şəxs “isti izlər”lə insidentdən bir neçə saat sonra saxlanılıb. Polis odlu silahı maddi sübut kimi müsadirə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            552 21.07.21 12:26