Mojo.az Banner
19:03 Madonna son 50 ildə bunu edən ilk müğənni oldu  |     18:38 Rusiya Ukraynanın itkilərini yenilədi  |     18:06 Növbəti üç gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ  |     17:59 Bakının üç əsas küçəsi iki gün BAĞLI OLACAQ - FOTO  |     17:51 Zərdabda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb  |     17:21 İcra başçısı Vətən müharibəsi iştirakçısını köməkçisi VƏZİFƏSİNDƏN ÇIXARDI - FOTO  |     17:09 Venesueladakı dağıdıcı zəlzələdə ölənlərin sayı dörd mini ötdü  |     17:09 Azərbaycan nefti ucuzlaşıb  |     17:08 Ucarda kanalda batan yeniyetmənin MEYİTİ TAPILDI  |     17:03 DÇ-2026-da 1/4 finala yekun vurulacaq: Norveç İngiltərəyə, Argentina isə İsveçrəyə qarşı  |     16:50 Leyla Əliyeva yeni şeirini paylaşıb - FOTO  |     14:08 Uşaq anasını vurursa, bu nəyin əlamətidir? - Psixoloqdan vacib açıqlama  |     13:44 Gürcüstanda dəhşətli hadisə: 15 yaşlı Əli Azərbaycan dilində danışdığı üçün bıçaqlandı - VİDEO  |     13:38 Bakıda internat məktəbinin həyətində BIÇAQLANMA: Saxlanılan var (Yenilənib)  |     13:19 Suda boğulan şəxsə ilk yardım: Xilasedicidən həyat qurtaran məsləhətlər  |     13:16 Fatiməni öldürən qohumu Batumi aeroportunda saxlanıldı - FOTO / VİDEO  |     13:10 Sabirabadda məktəbdə yanğın olub  |     23:01 "Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi  |     22:45 FHN-dən əhaliyə müraciət  |     22:36 "Qaradağ Şüşə Zavodu" özəlləşdirilib  |    
Left Banner
Right Banner

Paytaxtda yeddi məktəbin binası sökülüb yenidən tikilir

05.09.2019 11:32 3 485
Paytaxtda yeddi məktəbin binası sökülüb yenidən tikilir
2019-2020-ci dərs ilinə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən altı məktəbdə əsaslı təmir işləri, yeddi məktəbin mövcud binası sökülərək yenidən tikintisi davam etməkdədir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən məlumata görə, bir təhsil müəssisəsində yaranmış şagird sıxlığını aradan qaldırmaq məqsədilə əlavə korpus inşa olunur.

Həmçinin Bakı şəhərində Təhsil Nazirliyi tərəfindən 58 məktəbdə cari təmir işləri davam etdirilir.

Sabunçu rayonu ərazisində şagird sıxlığının aradan qaldırılması məqsədilə Heydər Əliyev Fondu tərəfindən Kürdəxanı qəsəbəsində 960 şagird yerlik yeni məktəb binasının tikintisi nəzərdə tutulur.

39, 113, 129 nömrəli tam orta məktəblərdə əsaslı təmir işləri aparılır, 97, 101, 155 və 300 nömrəli tam orta məktəblərin köhnə korpuslarının sökülərək yenidən tikintisi davam etdirilir. 154, 205 və 208 nömrəli tam orta məktəblərin isə bütövlükdə binalarının sökülərək yenidən tikintisi həyata keçirilir.

Bundan əlavə, ehtiyac olan ərazidə daha bir yeni məktəb (161 nömrəli tam orta məktəb) binasının tikintisi başa çatdırılıb. Həmçinin 90 nömrəli tam orta məktəbin köhnə korpuslarının sökülərək yenidən tikintisi, yeni korpusun əsaslı təmiri, 251 nömrəli tam orta məktəb üçün isə əlavə korpusun tikintisi planlaşdırılır.

Ümumi təhsil məktəblərinin təmir-tikinti işləri son illərdə davamlı olaraq həyata keçirilir və bu işlər ümumilikdə, təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.скачать dle 11.3
Mojo.az Banner