Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Uşaq anasını vurursa, bu nəyin əlamətidir? - Psixoloqdan vacib açıqlama

11.07.2026 14:08 726
Uşaq anasını vurursa, bu nəyin əlamətidir? - Psixoloqdan vacib açıqlama
Əgər uşaq anasını vurursa, bu, onun anasını sevmədiyi və ya qəddar olması demək deyil. Belə fiziki aqressiya əksər hallarda uşağın özü idarə edə bilmədiyi emosional gərginliyin göstəricisidir.

Bu məsələ ilə bağlı psixoloq Aleksandra Qrajdan "RİAMO" nəşrinə açıqlama verib.

O bildirib ki, adətən uşaqların məqsədi kiməsə ağrı yaşatmaq olmur: "Onların bu hərəkəti daxili hissləri ilə başqa yolla mübarizə apara bilməmələrindən irəli gəlir. Bu hal "emosional disrequlyasiya" adlanır. Yəni emosional sistem həddindən artıq yüklənir, lakin uşağın bu gərginliyi boşaltmaq üçün lazımi bacarıqları hələ formalaşmayıb".

Psixoloqun sözlərinə görə, uşaqlarda davranışın idarə edilməsi və impulslara nəzarət funksiyasını daşıyan prefrontal korteks hələ tam inkişaf etməyib. Beynin bu hissəsinin formalaşması təqribən 25 yaşa qədər davam edir.

Mütəxəssis vurğulayır ki, uşağın məhz anasına qarşı aqressiya nümayiş etdirməsi onun üçün ən təhlükəsiz məkanın ana olması ilə əlaqədardır. Uşaqlar adətən ən mürəkkəb hisslərini özlərini ən güvəndə hiss etdikləri mühitə ötürürlər. Dərk etmək lazımdır ki, azyaşlılarda fiziki aqressiya, ilk növbədə, bir siqnaldır:

"Bu, hər hansı bir manipulyasiya və ya ərköyünlük deyil, uşağın müəyyən bir çətinliklə təkbaşına bacarmamasına dair işarədir. Böyüklərin buna necə reaksiya verməsi böyük əhəmiyyət daşıyır. Ananın qışqırması və ya əksinə, susaraq reaksiya verməməsi vəziyyətdən çıxış yolu deyil. Uşağa qarşı sakit, lakin qətiyyətli mövqe nümayiş etdirmək lazımdır", - deyə A.Qrajdan əlavə edib.

Son xəbərlər