Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi  |     17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA  |     17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi  |     17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək?  |     17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü  |     17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb  |     17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi  |     16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu  |     16:45 Məktəblilərin jurnalistlərə hücumu: Psixoloq problemin kökünə diqqət çəkdi  |     16:27 Bakıda idmançı məşq zamanı öldü  |     16:19 İlham Əliyev Bakıda finalçıları mükafatlandıracaq, Bayramov Azərbaycanı TDT sammitində təmsil edəcək  |     15:07 Rusiya ordusu Dneprdə elektrik qatarına zərbə endirdi - Ölənlər var  |     15:06 İspaniyada qatar faciəsində itkin düşən 60-dan çox insan tapılmır  |     14:55 Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib  |     14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto  |     14:23 Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub  |     13:53 Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA  |     13:29 Ceyhun Bayramov Türkiyəyə səfər edib  |     13:24 Son hadisələrdən sonra məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır – AÇIQLAMA  |     13:14 Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Suda boğulan şəxsə ilk yardım: Xilasedicidən həyat qurtaran məsləhətlər

11.07.2026 13:19 624
Suda boğulan şəxsə ilk yardım: Xilasedicidən həyat qurtaran məsləhətlər
Suda boğulma çoxşaxəli bir prosesdir və hər zaman tənəffüs yollarına suyun dolması ilə nəticələnmir.

Bu barədə rusiyalı xilasedici-təlimatçı Dmitri Mikryukov Gazeta.ru nəşrinə suda boğulan şəxsə necə düzgün kömək etmək barədə danışıb.

Mütəxəssisin sözlərinə görə, boğulma həm proses, həm də vəziyyət kimi qiymətləndirilə bilər:

"Məsələn, üzməyi bacarmayan şəxs ayağı altındakı dibi itirdikdə boğulma prosesinə daxil olur. O, refleks olaraq ağzını bağlayır və nəfəsini saxlayır - bu zaman su tənəffüs yollarına daxil olmur, patoloji hal yaranmır. Əgər belə şəxsi vaxtında fərq edib xilas etsələr, bədbəxt hadisənin qarşısı alınır. Yəni boğulma təhlükəsi yaşasa da, şəxs əslində boğulmur".

Yardım göstərərkən bu iki vəziyyət arasındakı fərqi anlamaq çox vacibdir. Ekspert qeyd edib ki, su tənəffüs yollarına daxil olduqda, boğulan şəxsdə instinktiv reaksiya inkişaf edir: "O, özünü idarə edə bilmir, xilasedicidən yapışır və onu da özü ilə bərabər batıra bilər. Bu, şüurlu nəzarətə tabe olmayan affektiv davranış formasıdır".

Zərərçəkənə yalnız xilasedici vasitələrin (jilet, xilasedici dairə) və ya əlaltı əşyaların köməyi ilə yardım edilməlidir. Əsas məqsəd birbaşa fiziki təmasa girmədən boğulan şəxsə onu suyun üzərində saxlayacaq bir əşya uzatmaqdır. Əgər üzə bilmirsinizsə və ya zərərçəkənə yaxınlaşmaq imkanınız yoxdursa, dərhal kömək edə biləcək insanları səsləyin və təcili yardım xidmətləri ilə əlaqə saxlayın.

"Zərərçəkən hələ nəfəs alırsa və kömək çağırırsa, vəziyyət nisbətən daha az təhlükəlidir. O, özünü ələ ala bilir, komandaları eşidir və xilasedici üçün təhlükə yaratmır. Fiziki təmas zamanı belə insanlar kömək edənlərə zərər vurmur. Lakin şəxsi təhlükəsizlik üçün bu halda belə ehtiyatlı olmaq lazımdır", - deyə xilasedici vurğulayıb.

Batmaq üzrə olan şəxs sahilə çıxarıldıqdan sonra huşsuz vəziyyətdədirsə, lakin nəfəs alırsa, onu yanı üstə çevirin və təcili yardım gələnə qədər vəziyyətinə nəzarət edin. Bu addım dilin qatlanmasının və qusuntu kütləsinin tənəffüs yollarına düşməsinin qarşısını alacaq.

"Nəfəs və huş yoxdursa, dərhal ürək-ağciyər reanimasiyasına başlayın. Suyu tənəffüs yollarından çıxarmağa çalışaraq vaxt itirməyin. Bu, mənasızdır. İlk növbədə reanimasiya tədbirləri görülməlidir, su isə ya özü çıxacaq, ya da həkimlər tərəfindən xaric ediləcək", - deyə ekspert fikrini yekunlaşdırıb.//oxu.az

Son xəbərlər