Mojo.az Banner
23:01 "Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi  |     22:45 FHN-dən əhaliyə müraciət  |     22:36 "Qaradağ Şüşə Zavodu" özəlləşdirilib  |     22:31 Bu ölkədə üçgünlük matəm elan edildi  |     22:24 İyulun şanslı bürcləri  |     22:18 Rus ordusu Kramatorsku vurdu: ölənlər var  |     22:10 Qorxmaz Əlilicanzadə üz iflici keçirdiyini açıqladı  |     22:03 Bakı-Naxçıvan reysləri buna görə ləğv edilirmiş - RƏSMİ  |     21:56 Rusiya Alyaskanı dəyərindən ucuz satdı: ABŞ-a milyardlar qazandıran müqavilə  |     21:50 Balakəndə ev uçdu, sakinlər təxliyə olundu - Video  |     21:42 Marketdə müştərinin çantasını oğurladı  |     21:37 Ermənistanda hərbçinin meyiti çaydan tapıldı  |     21:27 Son bir həftədə yaşıllıqlara 36 min manatdan çox ziyan dəyib  |     21:22 FHN dənizdə batan 19 yaşlı Zeynəbin axtarışına helikopter cəlb edib - VİDEO  |     21:11 Ağstafada ağır qəza: Avtomobil su arxına düşdü  |     20:56 Jezuş Ronaldunun Portuqaliya millisindəki gələcəyinə aydınlıq gətirib  |     20:29 Partlayışda ölən Zəhranın valideynləri də vəfat etdi  |     20:17 Naxçıvanda avtobus yandı  |     20:06 Kəlbəcərdə mina partladı  |     19:54 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi çıxışlarla davam etdirilib  |    
Left Banner
Right Banner

FHN-dən əhaliyə müraciət

10.07.2026 22:45 129
FHN-dən əhaliyə müraciət
Fövqəladə Hallar Nazirliyi taxıl biçini mövsümü ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

"Taxıl tədarükü əhalinin ərzaqla təminatında mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan tez alışma xassəsinə malik olan taxıl sahələrinin yanğın təhlükəsindən qorunması ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunmasının vacib şərtlərindəndir.

Biçin mövsümünün ilin isti və quraq dövrünə təsadüf etdiyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə, o cümlədən təsərrüfat sahibləri və taxıl yığımında iştirak edən şəxslərə müraciət edərək, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmasının vacibliyini bildirir, bununla bağlı sadə və zəruri qaydaları bir daha xatırladır:

- taxıl zəmilərində kibrit yandırmaq, açıq oddan istifadə etmək, o cümlədən siqaret çəkmək, zəmilərin yaxınlığında tonqal qalamaq qəti qadağandır! Bu məkanlarda siqaret çəkmək üçün xüsusi yer ayrılmalıdır;

- yolla hərəkət edərkən tam söndürülməmiş siqaret kötüyü və ya kibriti, yanar mayelərlə islanmış materialları, eləcə də şüşə qab və şüşə qırıntılarını ətrafa atmaq yolverilməzdir;

- taxıl zəmilərinin ətrafı quru ot və tullantılardan vaxtaşırı təmizlənməlidir;

- biçində iştirak edən texnikalar ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalı, biçinə başlamazdan əvvəl yanğın-texniki müayinədən keçirilməlidir;

- işdən sonra texnikanın sahələrdə saxlanılması, gecə vaxtı yanacaqla doldurulması, yanacaq və yağların ətrafa tökülməsinə yol verilməsi, texnikalarda əlavə yanacaq və yağlama materiallarının saxlanılması qəti qadağandır;

- tarla düşərgələri, taxıltəmizləmə xırmanları, ot və küləş tayaları yığılan sahələr ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir;

- əkin sahələri ilə meşə sahəsi, avtomobil yolları və dəmiryol xətləri arasında mühafizə zolağı yaradılmalıdır;

- yanğın baş verərsə, iş dərhal dayandırılaraq ətrafdakılar məlumatlandırılmalı, əlaltında olan ilkin yanğınsöndürmə vasitələri ilə (odsöndürən, su, torpaq, qalın parça materialı və s.) yanğını söndürməyə çalışmalı və "112" qaynar xəttinə məlumat verilməlidir.

Nəzərə alınmalıdır ki, biçindən sonra əkin yerinin yandırılması qadağandır və bu əməllərə yol verilməsi inzibati məsuliyyət yaradır.

Unutmayın: qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!"скачать dle 11.3
Mojo.az Banner