19:25 Peskov: Rusiya Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə danışıqların tərəfdarıdır  |     19:16 Azər Maqsudov: Mərhumun ailəsi barışıq üçün məndən iki ədəd ikiotaqlı ev istəyib  |     19:16 Bölgələrdə heyvan bazarları bağlandı - Ətin qiymət bahalaşacaq? (VİDEO)  |     19:11 Bakıda evdən 15 min manatlıq oğurluq olub  |     19:03 Buryatiyada zəhərlənənlərin sayı 89-a çatıb  |     18:28 Sabirabadda erkən nikahla bağlı araşdırma başlanılıb  |     18:08 İlqar Mustafayevin MƏHKƏMƏ İŞİ: Sabiq idarə rəisi nə qədər pul mənimsəyib?  |     17:57 Mingəçevirdə maşın velosipedçini vurdu  |     17:40 İlham Haqverdiyevə qarşı ittiham irəli sürüldü  |     17:20 Filippin sahillərində güclü zəlzələ oldu  |     16:35 Sinaqoqda terrora hazırlaşan İŞİD-çi hakim qarşısında  |     16:31 Rusiyada təcili eniş edən AZAL təyyarəsi texniki baxışdan nə vaxt keçib?  |     16:05 Arda Turan: "Azərbaycan millisinə böyük hörmətim var"  |     15:16 Nizami Rəmzinin qızı saxlanıldı  |     14:42 Bakıda oğurluq edən iki nəfər saxlanıldı - Biri 66 yaşlı qadındır  |     13:37 Azərbaycanda qızıl istehsalı kəskin artıb  |     13:02 Xaricdə təhsil almış 108 nəfərin diplomu tanınmadı  |     13:01 Azərbaycanda bir qrup müəllimə maaşdan əlavə pul veriləcək  |     12:59 Generaldan sonra polkovnik də azadlığa çıxdı  |     12:59 Ağstafa İcra Hakimiyyətinin həyətində kürəkən qohumlarını öldürməklə hədələdi  |    

Ağstafa İcra Hakimiyyətinin həyətində kürəkən qohumlarını öldürməklə hədələdi

Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) inzibati binasının həyətində qohumlar arasında dava olub.

Median.Az
Teleqraf.com-a istinadla xəbər verir ki, 1992-ci il təvəllüdlü rayon sakini Teymur Babayev RİH-in inzibati binasının həyətində ucadan səs-küy salıb. Qayınatası Cəfər Quliyev (adı və soyadı şərti verilib - red.) və onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib.

T.Babayevin barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib.

İş üzrə izahat verən təqsirləndirilən şəxs özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, həyat yoldaşı ilə boşanma ərəfəsindədir:

"Məlum hadisə günü qəyyumluqla bağlı Ağstafa RİH-də iclasda olan zaman qayınatam və qayınanamın mənim anamla kobud rəftar etdiyi üçün əsəbiləşdim. İclasdan çıxanda onlara qarşı nalayiq ifadələr işlətdim".

İş üzrə zərərçəkmiş bildirib ki, kürəkəni RİH-in binasının həyətində ucadan səs-küy salıb, ünvanlarına təhqiramiz ifadələr işlədib, onları öldürəcəyi ilə hədələyib.

Ağstafa Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs 10 gün müddətə inzibati qaydada həbs edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            120 20.10.25 12:59