Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:11 Qazaxda evdə partlayış oldu: Xəsarət alan var  |     16:08 Ucar Mərkəzi Xəstəxanasında mənimsəmə qalmaqalı: Vəzifəli şəxs həbs olundu  |     15:00 57 min manat ziyan vurduğu qadınla barışdı, məhkəmə azadlığa buraxdı  |     14:56 "Qızıl top" uğrunda Keynlə Mbappe arasında mübarizə necə keçib?  |     14:54 İƏT-in Baş katibi: "Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib"  |     14:47 Finlandiya prezidenti: "Azərbaycanın Avropa İttifaqına üzv olmaq şansı var"  |     14:47 İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"  |     14:45 Milli Məclis borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqlədi  |     14:43 Prezident: "Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür"  |     14:42 İlham Əliyev: "Bizim hər hansı bir beynəlxalq yardımımız olmayıb"  |     14:41 Prezident: "Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil"  |     14:33 Təhlükəli məhsullarla bağlı YENİLİK: Hansı mallar bazardan yığışdırılacaq?  |     13:51 Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"  |     13:47 "Həzi Aslanov" - "İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub? (Yenilənib)  |     13:45 İlham Əliyev: "Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər"  |     13:44 Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb  |     13:31 Necə varlanmaq olar? Pulu banka qoyaq, qızıl alaq, yoxsa istiqraz?  |     13:20 Bakıda yeni park salınır - Foto  |     13:03 Azərbaycan neftinin qiyməti 127 dolları ötdü  |     13:02 "Ceyhun Sabunçu"nu qətlə yetirməkdə ittiham olunan şəxslər başqa cinayət də törədiblərmiş  |    
Mojo.az Avto
Mojo.az Avto

Sinaqoqda terrora hazırlaşan İŞİD-çi hakim qarşısında

20.10.2025 16:35 561
Sinaqoqda terrora hazırlaşan İŞİD-çi hakim qarşısında
Azərbaycanda terrora hazırlıqda təqsirləndirilən Abdulla Əliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər dinidirilib.

Şahid R.R-in (şərti inisial) 15 yaşı olduğu üçün qanuni nümayəndəsi ilə birgə ifadə verib. O, Abdulla Əliyevi tanımadığını söyləyib və tanımadığı bir şəxsin ona sosial şəbəkədən yazaraq bu işə yönləndirməyə çalışdığını əlavə edib: "Mənə "TikTok"dan yazıb dini yönəlimlə bağlı danışdırmağa çalışdılar. Daha sonra Abdulla ilə danışmışam. Mən bu məsələlərə qarışmamışam. Onların aralarında Sinaqoqa hücumla bağlı söhbət etdiklərinin şahidi olmuşam, amma əsla onlara qatılmamışam".

Şahid X.P. “Qış parkı” ərazisində "jek"in işçisi kimi çalışdığını və Abdullanı həmin yerin yaxınlığında tutularkən gördüyünü söyləyib: “Abdulla maşında ikən tutuldu. Maşında bıçaq, balta, benzin və sairə olduğunu gördüm. Hadisə yerində çəkiliş olanda Abdulla tapılan əşyaların onun olduğunu dedi".

Daha sonra sənədlərin tədqiqi mərhələsinə keçilib.

Prosesin davamında vəkilinin suallarını cavablandıran Abdulla Əliyev bildirib ki, o, "Əhli-sünnə vəl-Cəmaat" adlı islam cəmiyyətinin üzvü olub. Söhbətlərinin birində yəhudiləri öldürmək istədiyini söyləyib: "Mən dedim ki, Fələstin məsələsinə görə yəhudini rahat öldürərdim. Düzdür, molotov kokteyli söhbəti olub. Özümü təqsirli bilirəm ona görə ki, Azərbaycan tolerant ölkədir və mən bütün dinlərə hörmət etməliydim".

Sədrlik edən hakim ondan əlində fürsət olsa, bu əməli edib-etməyəcəyini soruşub.

Abdulla Əliyev fikirləşdirdikdən sonra bildirib ki, edə bilməzdi.

Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt istəyib.

Növbəti proses oktyabrın 27-nə təyin edilib.

Qeyd edək ki, Abdulla Əliyev AR Cinayət Məcəlləsinin AR Cinayət Məcəlləsinin 28, 214.2.1 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 28, 214.2.3 (terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 28, 214.2.6 (terrorçuluq, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə), 218.2-ci (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddələri ilə təqsirləndirilir.

Məlumata görə, o, yəhudi sinaqoquna “Molotov kokteyli” ilə hücum planlaşdırdığı zaman DTX-nin peşəkarlığı sayəsində cinayət başında saxlanılıb.

Azərbaycanın Sumqayıt şəhərində yaşayan və “İŞİD Xorasan” terror təşkilatına bağlılığı olması araşdırılan 18 yaşlı Abdulla Əliyev Bakı şəhərinin mərkəzində yerləşən “Bakı Dağ Yəhudiləri Sinaqoqu”na qarşı genişmiqyaslı terror aktı həyata keçirməyə hazırlaşıb. Abdulla Əliyevin “Abu Radd” ləqəbli terror liderinə beyət edərək terrorçu fəaliyyətlərə başladığı bildirilib. Belə ki, o, 28 dekabr 2024-cü il tarixində “KİA” markalı avtomobili ilə Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov küçəsində yerləşən yəhudi sinaqoquna yaxınlaşıb. O, avtomobilindən çıxardığı 3 ədəd “Molotov kokteyli” və digər silahlarla içəriyə daxil olmağa cəhd edib. Amma DTX əməkdaşları onu bu əməli gerçəkləşdirə bilmədən dayandırıblar.

Əməliyyat zamanı Abdulla Əliyevin üzərindən və avtomobilindən 1 ədəd balta, 2 bıçaq və yandırıcı-partlayıcı vasitələr aşkar edilərək götürülüb.

Onun mobil telefonunda “SimpleX” ani mesajlaşma tətbiqi vasitəsilə yaratdığı “KHALIFATUL MUSLİMUN” adlı qrup aşkarlanıb. Təqsirləndirilən şəxsin “İŞİD Xorasan”ın liderlərindən biri ilə təmasda olduğu və təlimat aldığı da müəyyən edilib.

Son xəbərlər