Mojo.az Banner
SON DƏQİQƏ
14:41 Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı  |     14:33 Bakının xeyli ərazisində qaz olmayacaq  |     13:52 Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək  |     13:42 Deputat tələbə təqaüdləri ilə bağlı MÜJDƏNİ verdi - Gələn il...  |     13:19 Kənddə 25, bazarda 50 qəpiyə: Yumurta niyə bahalaşır?  |     13:03 Azərbaycanda daha bir zəlzələ oldu - Foto  |     12:51 Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye  |     12:42 Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi  |     12:33 Piyada səkilərini zəbt edənləri bu qədər cərimə gözləyir – Açıqlama  |     12:27 Anar Bayramov nazir təyin olundu - Sərəncam  |     12:21 Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi - Yeni təyinat  |     12:15 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - Prezidentdən fərman  |     12:10 Alyona Əliyeva Luka Minnellinin Bakı konsertindən paylaşım etdi - Foto  |     12:09 Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə  |     12:08 Şamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü  |     12:06 Pensiyalar yeni qayda ilə hesablanacaq: Aylıq əlavələr kimlərə veriləcək?  |     12:05 Azərbaycandan Ermənistana ixrac olunan məhsulların dəyəri açıqlanıb  |     11:59 Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - Video  |     11:53 Bakıda iki avtomobil toqquşdu: Piyada öldü  |     11:37 Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxsin növbəti məhkəmə prosesi olub: Şahidlər dindiriliblər

30.03.2024 22:27 927
Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxsin növbəti məhkəmə prosesi olub: Şahidlər dindiriliblər
2017-ci ildə Azərbaycan gözəli seçilən, tanınmış model Raziyyat (Razi) Əliyevanı döyərək şantaj etməkdə təqsirləndirilən Ziya Hüseynzadənin növbəti məhkəmə prosesi baş tutub.

“Unikal”ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindiriliblər.

İş üzrə şahid qismində ifadə verən Urfan Məcidli, Nizam Vəliyev, Elçin Bədəlov və Rövşən Əkbərov bildiriblər ki, Raziyyat Əliyevanın özünə məxsus olduğu iddia etdiyi avtomobilin texniki pasportunda Razinin deyil, məhz Ziya Hüseynzadənin adının qeyd olunduğunu görüblər.

Şahid Yafət Həsənov isə təkcə avtomobilin evakuatorla götürülməsinin şahidi olduğunu bildirib. Onun sözlərinə görə, Ziya Hüseynzadənin zərərçəkmiş şəxsin anası olan Xadijat Əliyevanı evinə qalxdığını, orada olan qapısını sındırdığını və təhqiramiz ifadələr işlətdiyini görməyib:

“İstintaq dövründə verdiyim ifadə mənə aid deyil, o izahatı təzyiq altında imzalamışam”.

Zərərçəkmiş şəxsin anası Xadijat Əliyeva isə şahidin ifadəsinə narazılıq edib.

Şahid isə “Nə qədər ki ruhum üstümdədi, dedikləriniz heç vaxt olmayıb və yalandır!” deyib.

Zərərçəkmiş şəxsin anasının sözlərinə görə, təqsirləndirilən şəxs Ziya Hüseynzadədən heç vaxt pul almayıb. Lakin təqsirləndirilən şəxsin vəkilləri tərəfindən təqdim edilən maddi sübutlar bunun da yalan olduğunu üzə çıxarıb.

Daha sonra məhkəmə iclasında şahid qismində zərərçəkmiş şəxsin yaxın rəfiqələri Kamila Süleymanova və Aytən Muxtarova da ifadə veriblər. Onlar ümumiyyətlə Raziyyat Əliyevanın Ziya Hüseynzadə tərəfindən döyüldüyünü görmədiklərini, ancaq döyülməsi barədə məlumatları Razi Əliyevanın özündən eşitdiklərini bildiriblər.

Təqsirləndirilən şəxs Ziya Hüseynzadə bildirib ki, Razinin ən yaxın rəfiqəsi olan Kamila Süleymanova ilə daha yaxın münasibətləri olub və bir müddət Gürcüstanda onunla birlikdə yaşayıb.

Hakim zərərçəkmiş şəxs Razi Əliyevanın prosesə gəlməməsi ilə bağlı onun anası Xadijat Əliyevaya xəbərdarlıq edib. Bildirib ki, bu hal növbəti dəfə təkrarlansa, zərərçəkmiş barəsində polis nəzarəti altında məcburi gətirilmə barədə qərar qəbul edəcək.скачать dle 11.3

Son xəbərlər