Mərhum meyxanaçı və şair Nizami Rəmzinin qızı həbs edilib.
Oxu.Az-ın məlumatına görə, N.Rəmzinin qızı Reyhan Baxşıyeva narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə cinayət işi başlanılıb.
R.Baxşıyeva barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı cinayət işinin istintaqı davam etdirilir.