Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:26 Universitet və kolleclərdə vahid geyim forması tətbiq olunacaq? | 13:09 Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia | 13:06 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - Video | 13:01 Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək? - Rəsmi açıqlama | 12:57 Azərbaycanda reabilitasiya mərkəzlərindən biri ləğv olunur | 12:53 İstilik mövsümünə daha tez başlanılan rayonların sayı xeyli artırıldı - Siyahı (Yenilənib) | 12:38 Koronavirus yenidən baş qaldırır: Azərbaycana təhlükə varmı? | 12:32 200 min manatlıq rüşvətə görə həbs edilən vəzifəli şəxslərdən xəbər var | 12:22 Müəllim olmaq istəyənlərin nəzərinə: Vakansiyalar elan edilir | 12:20 Oğuzda meşədən yanmış kişi meyiti tapıldı | 12:19 25 gün meteor yağışı olacaq | 12:09 İşdən çıxarılan şəxslərə kredit borcları ilə bağlı şad xəbər | 11:44 Novxanı-Pirşağı yolunda qəza: 5 nəfər xəsarət aldı | 11:40 Antonelli tarixdə ən gənc "Formula-1" çempionu oldu | 11:34 Bakı Dövlət Universitetinin dosenti vəfat etdi | 11:25 "Binance" istifadəçiləri vəsaitlərini kütləvi şəkildə çıxarırlar | 11:20 İsmayıllıda oğul söyüş söyən atasını öldürdü - Təfərrüat | 11:16 Bakıda evlər sökülür: Ağaclar, zirzəmi, hasarlara da pul verilir | 23:01 Sabah meteohəssas insanlar üçün hava necə olacaq? | 22:56 "Mançester Siti" öz meydanında "Brayton"a məğlub oldu |
Mojo.az Avto
Mojo.az Avto

Sabirabadda erkən nikahla bağlı araşdırma başlanılıb

20.10.2025 18:28 900
Sabirabadda erkən nikahla bağlı araşdırma başlanılıb
Dövlət Komitəsinə Sabirabad rayonu, Türkədi kənd sakini 19.06.2008-ci il təvəllüdlü Zəhra Qənimət qızı Salmanlının Yolçubəyli kənd sakini 03.01.1990-ci il təvəllüdlü Orxan Yengibar oğlu Mehbalıyev tərəfindən erkən evliliyə cəlb edilməsi faktı ilə bağlı məlumat daxil olub.

Median.Az
APA-ya istinadla xəbər verir ki, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, faktın araşdırılması məqsədilə komitənin Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən yerli icra hakimiyyətinin, rayon polis şöbəsinin və Yolçubəyli KİƏD nümayəndəsinin iştirakı ilə hər iki ailəyə səfərlər təşkil edilib.

"Zəhra Salmanlının ailəsinə səfər zamanı qız atası Qənimət Salmanov 15.10.2025-ci il tarixində qız toyu mərasiminin keçirildiyini bildirib. Orxan Mehbalıyevin ailəsinə səfər zamanı oğlan anası Şairə Mehbalıyeva oğlan toyunun Zəhra Salmanlının 18 yaşı tamam olduqdan sonra keçiriləcəyini bildirib. Səfərlər zamanı hər iki ailəyə 24 iyun 2024-cü il tarixində qəbul edilən və 01 iyul 2025-ci il tarixində qüvvəyə minən Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə bağlı ətraflı məlumat verilib.

Qanuna əsasən, yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin keçirilməsinə görə, yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbinkəsmə mərasimlərin keçirilməsinə görə cəza tədbirlərin görülməsi nəzərdə tutulur. Faktla bağlı qanun çərçivəsində tədbirlərin görülməsinə dair Dövlət Komitəsi tərəfindən aidiyyəti qurumlara məktub göndərilib", - məlumatda qeyd olunub.

Son xəbərlər