Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:17 Bu avtobus zolağı artıq 24 saat qüvvədə deyil | 19:15 Bu sürücülər piyadalar üçün təhlükəli vəziyyət yaradırlar | 19:08 Göyçayda 10-a yaxın kənd işıqsız qalıb | 18:55 Bu yollarda sıxlıq var - SİYAHI | 18:31 TikTok-da maraqlı yenilik: Artıq bunu da etmək mümkün olacaq | 18:24 Yasamalda üç nəfərin öldüyü yanğında anasını itirən Ləman məhkəmədə ilk dəfə ifadə verdi | 18:20 Sabahdan güclü külək başlayır - Xəbərdarlıq | 17:32 TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı | 17:13 Tələbə qızların fotolarını yayıb silmək üçün pul tələb edirlər - VİDEO | 16:53 Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video | 16:49 Günəşdə yenidən partlayışlar qeydə alınıb | 16:42 Prezident İlham Əliyevə təbriklər gəlir | 16:34 Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar | 16:33 Prezidentdən Kamran İmanovla bağlı - Sərəncam | 16:32 Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu | 16:30 Bakıda kişi ona "keçəl" deyən bacısını döydü | 16:28 Səudiyyə Ərəbistanından Azərbaycana göndərilən qurban əti 7 min ailəyə çatdırılacaq | 16:01 İrandan Azərbaycana qanunsuz keçmək istəyən əcnəbilər saxlanıldılar | 14:42 Cəlilabadda 6 kəndin işığı kəsilib | 14:38 "Qazlaşdırılmayan kəndlərə görə meşələr qırıla bilər" - Deputatdan xəbərdarlıq |
Mojo.az Avto
Mojo.az Avto

Azər Maqsudov: Mərhumun ailəsi barışıq üçün məndən iki ədəd ikiotaqlı ev istəyib

20.10.2025 19:16 471
Azər Maqsudov: Mərhumun ailəsi barışıq üçün məndən iki ədəd ikiotaqlı ev istəyib
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən həkim, Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Bu gün Sabunçu rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesə ekspertlər onlayn formada qoşulub.

Baş verən qəza ilə bağlı rəy verən Ədliyyə Nazirliyi Məhkəmə Eksperiza Mərkəzinin ekspertləri Təhmasib Bağırov və Lətif Əliyev tərəflərin suallarını cavablandırıb.

Təqsirləndirilən həkim Azər Maqsudovun vəkili Musa Abdinov qeyd edib ki, ekspertlər təqdim etdikləri rəydə müdafiə tərəfinin qoyduğu suallara cavab verməyib.

Vəkil, ekspertlərin hadisə ilə bağlı verdiyi rəyin yanlış olduğunu bildirib.
 
Ekspertlər hadisə ilə bağlı verdikləri rəyi izah ediblər. Onlar yanlış rəy vermədiklərini bildiriblər.

Zərərçəkmiş tərəfin vəkilləri ekspertin rəyi ilə razılaşıb.

Daha sonra məhkəmə mülki iddiaya baxıb.

Təqsirləndirilən Azər Maqsudov mülki iddianı qəbul etməyib: "Biz mərhumun 3-7-40 mərasimlərinə getdik. Lakin bizi qovdular, iştirak etməyimizi istəmədilər. Mərhumun qardaşı ilə barışığa getdik. Notariusa getmək üçün vaxt müəyyən etdik. Lakin bir-iki gün sonra bildirdilər ki, mərhumun həyat yoldaşı Şevda xanım barışığa razı deyil və nümayəndəsi danışacaq. Onlar əvvəlcə bizdən Bakı şəhərində 2 ədəd 2 otaqlı mənzil istədilər. Sonra 400 min manat, 250 min manat, sonda isə 125 min manat istədilər. Lakin biz 45 min manat təklif etdik. Mənim himayəmdə 2 azyaşlı var. Həmin azyaşlılardan biri l qrup əlildir. Mülki iddia yenidən 400 min manat olub. Mən aliməm, stomatoloq, ginekoloq deyiləm. Mediada tez-tez ixtisasımla bağlı çıxış edirəm, deyə tanınıram. Bu mülki iddianı yerinə yetirə bilmirəm”.

Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Dövlət ittihamçısı məhkəmədən çıxış üçün vaxt istəyib.

Proses oktyabrın 27-də davam etdiriləcək.

Xatırladaq ki, yol qəzası 2023-cü ilin noyabr ayında Sabunçu rayonu ərazisində baş verib.
Azər Maqsudov həmin ayın 15-də saat 23 radələrində Sabunçu rayonu ərazisində idarə etdiyi "Mercedes” markalı avtomobillə qəza törədib. Qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. A.Maqsudov xəsarət alan A.Acaloğlunu dərhal Sabunçu rayon xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Hadisə nəticəsində ölən Arif Acaloğlu İstanbul Mərmərə Universitetinin müəllimi, türkoloq alim olub. Türkiyədə yaşayan alim Bakıya noyabrın 16-da keçirilən beynəlxalq elmi konfransda iştirak etmək üçün gəlibmiş.
 
Apa

Son xəbərlər