Mojo.az Banner
13:28 Bodrumda qayıq batdı: Ölənlərin sayı 18 nəfərə çatdı - TƏFƏRRÜAT (Yenilənib)  |     13:22 Azərbaycandan çıxışı qadağan edilən 582 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb  |     13:12 Ermənilər Azərbaycanla sərhəddəki bu ərazidən geri çəkildi - FOTO  |     13:09 Tale Heydərov işində fantastik məbləğ: Tanınmış iş adamı axtarışa verildi - FOTO  |     13:04 Yeddi körpənin öldüyü mərkəzin direktoru: "Hadisəyə görə məsuliyyəti TƏBİB daşıyır"  |     13:02 Ermənistana taxıl daşıyan yük qatarı Bakıdan yola düşdü (Yenilənib)  |     13:00 Tofiq Musayevin amansız qarşılaşması tarixə düşdü  |     12:59 Hindistanda təyyarə yanacağı kəskin bahalaşdı  |     12:58 Sumqayıtda 46 yaşlı qadın bıçaqlandı: Qardaşı saxlanıldı  |     12:56 Gömrükçülər kələmin içindən 100 kiloqram narkotik tapdılar - VİDEO  |     12:54 Bakıda ər və arvad faciəli şəkildə öldülər  |     12:53 Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Azərbaycana səfərə gəlib  |     12:48 Azərbaycan neftinin qiyməti 132 dolları ötdü - Dörd ilin REKORDU  |     12:47 Tanınmış sabiq hakim vəfat etdi  |     12:46 Kubanıçbek Omuraliyev Azərbaycana səfərə gəlib  |     12:45 Rusiyanın "An-26" təyyarəsi qayaya çırpılıb: 29 nəfər həlak olub  |     12:43 Teylor Svift musiqi albomuna görə məhkəməlik oldu  |     12:41 Şimali Kiprin baş naziri Azərbaycana səfərə gəlib  |     12:38 Bəzi ərazilərdə sürüşmə prosesi aktivləşib - Hansı tədbirlər görülür? - Video  |     12:31 Azərbaycanda məşhur memarlar vəfat ediblər  |    
Left Banner
Right Banner

İlqar Mustafayevin MƏHKƏMƏ İŞİ: Sabiq idarə rəisi nə qədər pul mənimsəyib?

20.10.2025 18:08 417
İlqar Mustafayevin MƏHKƏMƏ İŞİ: Sabiq idarə rəisi nə qədər pul mənimsəyib?
"Dənizkənarı Bulvar İdarəsi" Publik Hüquqi Şəxsin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, onun köməkçisi Rəşad Bədəlov, "GİRASOL" MMC-nin direktoru Fuad Babayev və digərlərinin cinayət işi üzrə məhkəmənin növbəti baxışı keçirilib.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə İlqar Mustafayev ifadə verib.

Təqsirləndirilən sabiq idarə rəhbəri prokurorun Fuad Babayevlə bağlı sualına cavabında bildirib ki, onun tabeliyində ümumilikdə 980 nəfər işçi olub və Fuad Babayev də onlardan biri kimi fəaliyyət göstərib.

O, Dənizkənarı Bulvar İdarəsinin ərazisində sərnişinlərə xidmət edən gəmilər və digər gəlir gətirən sahələrin ayrı-ayrı fiziki şəxslərə aid olduğunu deyib:

"Mənim vəzifəm yalnız ümumi nəzarətin həyata keçirilməsi idi. Mənə elan olunan ittihamda göstərilən məbləğlərin bu sahələrlə, ümumiyyətlə, əlaqəsi yoxdur. Bu rəqəmlər virtual şəkildə qeyd olunub, başım çıxmır. Dayanacaqlarla bağlı da eyni vəziyyətdir. Əgər bu obyektləri işlədənlər vergi ödəyiblərsə, məni niyə vergi ödəməməkdə ittiham edirlər?"

İlqar Mustafayev əlavə edib ki, fiziki şəxslərlə bağlanan müqavilələrdən əldə olunan gəlirlər qeyri-büdcə vəsaitləri hesabına olub və o bu gəlirlərdən vergi ödəyib.

Onun vəkili çıxışı zamanı ittihamda əsas diqqətçəkən məqamdan danışıb:

"İlqar Mustafayev barədə ittihamda göstərilir ki, o, 2016-cı ildə vəzifəyə təyin olunduğu ildən etibarən 8 milyon, sonrakı altı il ərzində isə 6 milyon manat mənimsəyib".

Məhkəmə araşdırması noyabrın 3-də davam edəcək.

Qeyd edək ki, "Dənizkənarı Bulvar İdarəsi" PHŞ-nin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olan materiallar əsasında istintaq aparılıb.

İstintaqla müəyyən edilib ki, İlqar Mustafayev idarə heyətinin sədri olduğu dövrdə köməkçisi Rəşad Bədəlov, "GİRASOL" MMC-nin direktoru Fuad Babayev və digərləri ilə cinayət əlaqəsinə girərək rəsmi sənədlərə yalan məlumatlar daxil edib. Onlar qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, kommersiya obyektlərinin fəaliyyəti və gəmi gəzintilərindən əldə edilən ümumilikdə 12 milyon manatdan artıq vəsaiti mənimsəməkdə ittiham olunurlar.

Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq vergi borcunu ödəmədiyi və 10 milyon manatdan çox məbləğdə cinayət yolu ilə əldə edilmiş pul vəsaitini özünün və qohumlarının adına əmlak alqı-satqısı yolu ilə leqallaşdırdığı bildirilir.

Toplanmış sübutlar əsasında İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4, 193-1.3.2, 213.3, 308.2 və 313-cü maddələri, Fuad Babayev və Rəşad Bədəlova isə 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan olunub.

İlqar Mustafayev barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri, digərləri barəsində isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

İş üzrə 11 milyon manatdan artıq dəyərdə əmlak üzərinə həbs qoyulub.скачать dle 11.3
Mojo.az Banner