Mojo.az Banner
16:12 Tiktoker "Miray"ın həbs müddəti uzadıldı  |     16:06 Tanınmış azərbaycanlı müğənni səsini itirdi: Bütün konsertlər ləğv edildi  |     16:03 Paşinyana hücum cəhdi ilə əlaqədar üç nəfərə ittiham elan edildi  |     14:01 Ağdam sakini Mingəçevirdə küçədə infarktdan öldü  |     13:59 Azərbaycanda taksilərlə bağlı yeni tələblər olacaq  |     13:58 Ordubadda qaya uçqunu olub  |     13:57 İranda hökumət əleyhinə iğtişaşlarda iştirak edən daha iki nəfər edam olundu  |     13:52 Aprelin ilk günündə 25 dərəcə isti olacaq  |     13:50 Şağanda qardaşı tərəfindən qətlə yetirilən Qamətlə bağlı YENİ MƏLUMATLAR  |     13:46 Xocavənd şəhərinə daha 64 ailə yola salınıb  |     13:39 Məktəbin gözətçisi direktor müavinini söydü, xadiməni yumruqla vurdu  |     13:35 İrandan Azərbaycana indiyədək 3 146 şəxs təxliyə olunub  |     13:30 Bakıda yağan rekord yağışların səbəbi müharibədir? - Alimdən sensasion açıqlama  |     13:24 Məhkəmə küçədə bacısını döyən qadını cəzadan azad etdi  |     13:19 Ağcabədi batalyonunun komandiri vəfat edib  |     13:12 May ayında 14 gün İŞ OLMAYACAQ  |     12:59 BDU-nun müəllimi vəfat etdi - FOTO  |     12:58 Çayxanada stəkanları qıran və müştərini döyən şəxsin cəzası dəyişdirildi  |     12:57 İsmayıllıda DƏHŞƏTLİ QƏZA: Biri 3 yaşlı qız olmaqla iki nəfər ÖLDÜ  |     12:56 BDU-nun aparıcı elmi işçisi vəfat edib - FOTO  |    
Left Banner
Right Banner

11 milyon manat mənimsəmədə təqsirləndirilən Bulvar İdarəsinin sabiq sədri: "Təzyiq altındayam"

14.07.2025 17:51 471
11 milyon manat mənimsəmədə təqsirləndirilən Bulvar İdarəsinin sabiq sədri:
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə ittiham olunan Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və "GİRASOL" MMC-nin direktoru Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxslərin barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılmasını təklif edib. prokuror bildirib ki, təqsirləndirilən şəxslərin barəsindəki həbs qətimkan tədbiri dəyişdirilərsə, onlar şahidlərə təsir göstərə bilər.

Daha sonra İlqar Mustafayevin vəkilləri vəsatətlə çıxış ediblər. Vəkil həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib.

Vəkil bildirib ki, şahidlərə təsir göstərmək mümkün deyil:

"Çünki bu cinayət işi audit yoxlaması nəticəsində başlanılıb. İşin araşdırılması zamanı ifadə verən şahidlərin heç biri İlqar Mustafayevin əleyhinə ifadə verməyib. Cinayət işi müstəntiqin mülahizələrindən ibarətdir".

Vəkil deyib ki, İ.Mustafayevin səhhətində də ciddi problemlər var, onun təcridxana şəraitində müalicəsi müsbət nəticə verməyəcək. Ona görə də, onun barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilə bilər.

Daha sonra çıxış edən Fuad Babayevin vəkili bildirib ki, müvəkkilinin 11 milyon manatlıq mənimsəmədə ittiham olunması qəbuledilməzdir:

"Təqsirləndirilən şəxsin yaşadığı ev, bir torpaq sahəsi və avtomobili var. Biz bu əmlakların sənədlərini məhkəməyə təqdim edirik ki, 11 milyon manatlıq mənimsəmədə ittiham olunan şəxsin əmlakları bundan ibarətdir. Belə böyük mənimsəmədə ittiham olunan şəxsin əmlakı daha çox olardı. Biz bu sənədlərin sübutlar siyahısına əlavə olunmasını təklif edirik".

Təqsirləndirilən şəxs İlqar Mustafayev 18 aydır ki, təzyiqlər altında saxlanıldığını deyib:

"Hesablama Palatası 2023-cü ilin dekabrında yoxlamaya başladı. 2024-cü ilin yanvarında yoxlama başa çatdı, mən vəzifədən azad olundum. 8 aya yaxın Nazirlər Kabineti yoxlama apardı. Avqust ayında məni dəvət etdilər. Orada 4 nəfər var idi. Mənə dedilər ki, 5 milyon manat vəsait əldə etmisiniz, onu verməlisən. Mən də dedim ki, bunu sözlə demək olmaz, bunu təsdiqləyən akt hanı? Dedilər ki, ya dediyimizi etməlisən, ya da sənədləri prokurorluğa göndərəcəyik. Elə də etdilər, avqust ayında işimi prokurorluğa göndərdilər. Mən dövlətə, dövlətçiliyə sadiq olmuşam. Məhkəmənin ədalətinə inanıram".

Məhkəmə vəsatətləri təmin etməyib və iş məhkəmə baxışına verilib.

Məhkəmənin baxış iclası iyulun 28-ə təyin olunub.

Qeyd edək ki, "Dənizkənarı Bulvar İdarəsi" Publik Hüquqi Şəxsin fəaliyyətinin yoxlanılması ilə bağlı Azərbaycan Respublikasının Hesablama Palatasından daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. İbtidai istintaqla İlqar Mustafayevin "Dənizkənarı Bulvar İdarəsi" Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri vəzifəsində işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, "GİRASOL" MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə cinayət əlaqəsinə girib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilmiş ümumilikdə 12 milyon manatdan artıq pul vəsaitini vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib. Bundan başqa İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmasına əsaslı şübhələr müəyyən olunub.

Toplanmış sübutlar əsasında İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib. İlqar Mustafayev barəsində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə həbs, digərləri barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

İş üzrə müəyyən edilmiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədilə ümumilikdə 11 milyon manatdan artıq dəyərdə əmlak üzərinə həbs qoyulub.скачать dle 11.3
Mojo.az Banner