Mojo.az Banner
21:20 İmişli sakinini "tok" vurub öldürdü  |     21:15 Rusiya səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırıldı  |     21:09 Dələduzluq edən şəxsin cinayət işinin bəzi detalları məlum oldu  |     21:01 "Türkiyə quru sərhədini Azərbaycana görə açmır" - Simonyan  |     20:56 Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıldı  |     20:49 AzTV-də struktur dəyişiklikləri - Bəzi şöbələr birləşdirilir  |     20:44 Bakı-Ağdam marşrutu üzrə əlavə qatar reysləri təyin edildi  |     20:35 Azad edilmiş ərazilərdə daha 79 mina aşkarlanıb  |     20:30 Lənkəranda qazi vəfat etdi  |     20:24 Maştağada evdən 8 min manatlıq qızıl oğurlandı  |     20:19 Sabah yağış yağacaq  |     20:11 Azərbaycanda meyvə və çərəz adı verilən körpələr: Gilas, Badam...  |     20:06 Fişəng fabrikində güclü partlayış - Onlarla insan öldü  |     20:00 Ağdamdakı məşhur "Çay evi" yenidən inşa olunur  |     19:52 Cinayətdə şübhəli bilinən 88 nəfər saxlanıldı  |     19:47 Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı  |     19:44 Milli Məclisdən Belçika və Niderlandın qərəzli qərarlarına etiraz  |     19:40 Vəfat etmiş şəxslərin kredit borclarını kim ödəcəyək? - AÇIQLAMA (Video)  |     19:33 Fərhad Xəlilov: Əsərlərimi Bakıda satmıram, bilirəm ki, o qiymətə heç kəs almayacaq  |     19:27 Paytaxtın bəzi yollarında təmir-bərpa işləri başa çatıb  |    
Left Banner
Right Banner

İlqar Mustafayev məhkəmədə özünü təqsirli bilmədi

08.09.2025 17:04 1 053
İlqar Mustafayev məhkəmədə özünü təqsirli bilmədi
"Dənizkənarı Bulvar İdarəsi" Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri İlqar Mustafayev, onun köməkçisi Rəşad Bədəlov, "GİRASOL" MMC-nin direktoru Fuad Babayev və digərlərinin cinayət işi üzrə məhkəməsinin növbəti baxışı keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilənlərə ittiham aktının davamını elan edib.

Hakim sabiq sədrin törətdiyi cinayət əməllərinin sübuta yetiriləcəyi təqdirdə onun 14 ilədək azadlıqdan məhrum edilə biləcəyini ona xatırladıb.

Təqsirləndirilənlər İlqar Mustafayev, Rəşad Bədəlov və Fuad Babayevin hər biri ayrı-ayrılıqda özlərini 14 epizodlu ittihama görə təqsirli bilməyiblər.

Məhkəmə ilkin olaraq sərbəst ifadə üçün İlqar Mustafayevə söz versə də, o, çıxışı üçün vaxt istədiyindən sərbəst ifadə imkanı digər təqsirləndirilən Rəşad Bədəlova verilib.

Rəşad Bədəlovda öz növbəsində buna hakimdən vaxt istəyib.

Məhkəmənin növbəti iclası sentyabrın 29-na təyin edilib.

Qeyd edək ki, "Dənizkənarı Bulvar İdarəsi" Publik Hüquqi Şəxsin fəaliyyətinin yoxlanılması ilə bağlı Azərbaycan Respublikasının Hesablama Palatasından daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Məlumata görə, ibtidai istintaqla İlqar Mustafayevin "Dənizkənarı Bulvar İdarəsi" Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri vəzifəsində işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, "GİRASOL" MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə cinayət əlaqəsinə girib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilmiş ümumilikdə 12 milyon manatdan artıq pul vəsaitini vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmasına əsaslı şübhələr müəyyən olunub.

Toplanmış sübutlar əsasında İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib, İlqar Mustafayev barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə həbs, digərləri barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

İş üzrə müəyyən edilmiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədilə ümumilikdə 11 milyon manatdan artıq dəyərdə əmlak üzərinə həbs qoyulub.

Eyni zamanda cinayət işindən həmin əməllərin törədilməsində iştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaq davam etdirilir.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner