19:11 Bakıda evdən 15 min manatlıq oğurluq olub  |     19:03 Buryatiyada zəhərlənənlərin sayı 89-a çatıb  |     18:28 Sabirabadda erkən nikahla bağlı araşdırma başlanılıb  |     18:08 İlqar Mustafayevin MƏHKƏMƏ İŞİ: Sabiq idarə rəisi nə qədər pul mənimsəyib?  |     17:57 Mingəçevirdə maşın velosipedçini vurdu  |     17:40 İlham Haqverdiyevə qarşı ittiham irəli sürüldü  |     17:20 Filippin sahillərində güclü zəlzələ oldu  |     16:35 Sinaqoqda terrora hazırlaşan İŞİD-çi hakim qarşısında  |     16:31 Rusiyada təcili eniş edən AZAL təyyarəsi texniki baxışdan nə vaxt keçib?  |     16:05 Arda Turan: "Azərbaycan millisinə böyük hörmətim var"  |     15:16 Nizami Rəmzinin qızı saxlanıldı  |     14:42 Bakıda oğurluq edən iki nəfər saxlanıldı - Biri 66 yaşlı qadındır  |     13:37 Azərbaycanda qızıl istehsalı kəskin artıb  |     13:02 Xaricdə təhsil almış 108 nəfərin diplomu tanınmadı  |     13:01 Azərbaycanda bir qrup müəllimə maaşdan əlavə pul veriləcək  |     12:59 Generaldan sonra polkovnik də azadlığa çıxdı  |     12:59 Ağstafa İcra Hakimiyyətinin həyətində kürəkən qohumlarını öldürməklə hədələdi  |     12:55 Mingəçevirdə ehtiyatsızlıqdan sirkə turşusu içən qadın öldü  |     12:54 Lerikdə müəllim direktor tərəfindən döyüldüyünü iddia edir  |     12:53 Hövsanda 7-ci mərtəbədən yıxılan uşaq ailənin tək övladı imiş - TƏFƏRRÜAT (Video)  |    

Lerikdə müəllim direktor tərəfindən döyüldüyünü iddia edir

Lerikdə müəllim direktor tərəfindən döyüldüyünü iddia edir.

Median.Az
"Teleqraf"a istinadən xəbər verir ki, Lerik rayonunun Züvüc kəndində müəllimlə məktəb direktoru arasında insident baş verib.

İbtidai sinif müəllimi Qalib Xosuyev məktəb direktoru Sahil Ağayev tərəfindən döyüldüyünü və uzun müddətdir təzyiqlərə məruz qaldığını iddia edir.

Qalib Xosuyevin sözlərinə görə, son üç ildə məktəbdəki fəaliyyətində bir sıra haqsızlıqlarla üzləşib. O bildirib ki, əvvəlcə məktəbəqədər hazırlıq qrupunda bir il dərs deməsinə baxmayaraq, həmin sinif qanunsuz şəkildə əlindən alınıb və başqa müəllimlərə verilib. Müəllimin bu vəziyyətə etiraz etməsi isə fiziki və mənəvi təzyiqlərlə nəticələnib.

O, həmçinin direktor Sahil Ağayevi 10-cu sinifdə oxuyan qızı ilə bağlı əsassız məlumatlar yaymaqda ittiham edir.

Qalib Xosuyev hesab edir ki, bu təzyiqlər onun direktorun bəzi qanunsuz fəaliyyətlərini ifşa etməsi ilə bağlıdır.

Hazırda məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılır.

Qurumdan bildirilib ki, bütün iddialar diqqətlə incələnəcək və qanunvericiliyə uyğun tədbirlər görüləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            243 20.10.25 12:54