Cənubi Koreya hərbçiləri Şimali Koreya ilə sərhəddə hərbisizləşdirilmiş zonanı keçərək ölkəyə daxil olan əsgəri saxlayıblar.
Bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Məlumata görə, insident iki ölkə arasındakı sərhədin mərkəzi hissəsində baş verib. Cənubi Koreya hərbçiləri şimallı həmkarına lazımi köməklik göstəriblər. Hazırda onun hərəkətinin motivi müəyyənləşdirilir.
Qeyd olunur ki, bu, sonuncu dəfə Şimali Koreyan olan əsgər ötən ilin avqustunda Cənubi Koreyaya keçmişdi.