Rusiyada daha iki azərbaycanlı haqda qərar verilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:48 İlon Maska partiya yaratmaqda kim kömək edir?  |     18:44 Naməlum şəxs süni intellekt vasitəsilə özünü ABŞ dövlət katibi kimi təqdim etdi  |     18:42 "Arsenal" Benjamin Şeşkonun transferindən imtina etdi  |     18:10 Deputata qarşı sui-qəsd cəhdində təqsirləndirilənlərin şikayəti rədd edildi  |     17:38 Azərbaycanla İordaniya arasında böhranların idarə edilməsinə dair Saziş TƏSDİQLƏNDİ  |     16:46 Bu ərazidə qaz KƏSİLƏCƏK  |     16:37 Ağ Ev Cefri Epşteynin müştəri siyahısı ilə bağlı açıqlama verdi  |     16:21 Mingəçevir İcra Hakimiyyətində FACİƏ - 34 yaşlı kişi öldü  |     16:04 Dağıstanda içməli sudan KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 110 nəfər xəstəxanaya yerləşdirildi  |     15:59 Günəşdə güclü partlayış baş verdi  |     15:58 Azad edilmiş ərazilərdə artıq 5 gün qalmaq mümkün olacaq - Müddət uzadıldı  |     15:41 Milli Məclis kazinoların fəaliyyəti ilə bağlı qanuna təklif edilən dəyişikliyi təsdiqləyib  |     15:39 İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir  |     15:37 "Keşlə" bazarında istehlaka yararsız 700 kiloqramdan çox balıq məhsulu aşkarlandı  |     15:35 Bakıda və Abşeronda unun topdansatış qiyməti azalıb  |     15:24 Azərbaycanda bəzi şagirdlərə pulsuz məktəbli formaları veriləcək  |     15:23 Biləsuvarda əməliyyat: Marixuana və tiryək aşkarlandı  |     15:21 Əsgər ziyarətindən qayıdan üç nəfərin ölümünə səbəb olan sürücüyə HÖKM OXUNDU  |     13:39 Milli Məclis TƏSDİQLƏDİ: Naxçıvan Muxtar Respublikasının Konstitusiyası DƏYİŞƏCƏK  |     13:12 Azərbaycan nefti bahalaşıb  |    

Rusiyada daha iki azərbaycanlı haqda qərar verilib

Rusiyanın Orenburq şəhər məhkəməsi "Zaur Naxçıvanski” kimi tanınan azərbaycanlı Zaur Şipilov barəsində həbs qətimkan tədbiri seçib.


Median.Az "Qafqazinfo”ya istinadən xəbər verir ki, iyulun 2-də saxlanılan şəxs ən azı sentyabrın 3-nə qədər həbsdə qalacaq.

40 yaşlı Zaur Şipilov Rusiya Cinayət Məcəlləsinin 210.1-ci (cinayət iyerarxiyasında yüksək vəzifə tutma) maddəsi üzrə ittiham olunur. Onun tanınmış azərbaycanlı kriminal avtoritet Bayram Talıbovun oğlu olması bildirilib. 

Bundan başqa, iyulun 4-də Rusiyada daha bir azərbaycanlı Vaqif Süleymanovun ("Vaqif Bakinski”) saxlanılması barədə məlumat yayılıb.

"Kommersant” həmin şəxsin Rusiyada miqrasiya qaydalarını pozduğuna görə tutulduğunu yazıb. Süleymanov Saxarovodakı miqrasiya mərkəzinin xüsusi təcridxanasına aparılıb. O burada 3 ay saxlanıldıqdan sonra Azərbaycana deportasiya ediləcək.

Qeyd edək ki, hər iki şəxsin "qanuni oğru” kimi tanındığı deyilir. 
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            162 05.07.25 13:03