Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Mingəçevir İcra Hakimiyyətində FACİƏ - 34 yaşlı kişi öldü

08.07.2025 16:21 1 323
Mingəçevir İcra Hakimiyyətində FACİƏ - 34 yaşlı kişi öldü
Mingəçevir şəhərində 34 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Mingəçevir Şəhər İcra Hakimiyyətinin inzibati binasında baş verib.

Şəhər sakini, 1991-ci il təvəllüdlü Emil Zakir oğlu Şükürov binada təmir işləri apararkən ehtiyatsızlıqdan hündürlükdən yıxılıb.

O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər