Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Ağ Ev Cefri Epşteynin müştəri siyahısı ilə bağlı açıqlama verdi

08.07.2025 16:37 1 098
Ağ Ev Cefri Epşteynin müştəri siyahısı ilə bağlı açıqlama verdi
ABŞ prezident Administrasiyası əvvəllər ölkənin baş prokuroru və ədliyyə naziri Pem Bondinin xatırlatdığı səs-küyə səbəb olmuş maliyyəçi Cefri Epşteynin "müştəri siyahısı"nın mövcudluğunu rəsmən təkzib edib.

Median.Az
TASS-a istinadən xəbər verir ki, jurnalistlər üçün keçirilən növbəti brifinqdə Ağ Evin mətbuat katibi Karolin Levitt vəziyyəti ziddiyyətli bəyanatlarla izah edib.

"Bondi bütün sənədlərdən, Cefri Epşteynin cinayətləri ilə bağlı bütün sənədlərdən, kağızlardan danışıb. Baş prokuror məhz bundan danışıb", - deyə Levitt Bondinin fevral ayında "Fox News"a verdiyi müsahibə ilə bağlı sualı cavablandırarkən deyib.

Xatırladaq ki, Bondi həmin müsahibədə Epşteynin "müştəri siyahısı"nın mümkün nəşri ilə bağlı sualı cavablandırarkən bu sənədin iş masasının üstündə olduğunu bildirərək, mediada və sosial şəbəkələrdə fərziyyələr dalğasına səbəb olmuşdu.

Bundan əvvəl nüfuzlu "Axios" portalı məlumat vermişdi ki, nə ABŞ Ədliyyə Nazirliyi, nə də Federal Təhqiqatlar Bürosu Epşteynin müştərilər siyahısının mövcudluğuna dair sübut tapmayıb. Həmçinin maliyyəçi tərəfindən nüfuzlu şəxslərin şantaj edilməsinə dair heç bir dəlil və ya onun qətli ilə bağlı versiyanın hər hansı təsdiqi tapılmayıb.

Son xəbərlər